Bakıda çiy dönər emalı müəssisəsi bağlanılıb -FOTO
Bakıda çiy dönər emalı müəssisəsi bağlanılıb -FOTO
10:04 29.08.2024
Cəmiyyət
448
Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
AQTA-dan Sherg.az-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq