Bakıya Almaniyadan lift gətirilir - FOTO
10:19 21.08.2019
Cəmiyyət
523
Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyi Almaniyanın Wittur Holding GMBH şirkəti ilə imzalanan müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsini nəzərdə tutub.
Artıq 63 ədəd lift Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb.
Bu barədə Lent.az -a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, eyni zamanda Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür: ““Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib.
İlkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatıb və burada quraşdırılmış liftlərin Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlarin mütəxəssislərindən ibarət komissiya tərəfindən istismara qəbul işləri görülür. Eyni zamanda Nizami rayonu Naxıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binalarında da 22 ədəd yeni lift quraşdırılıb, Qaradağ rayonu Müşviq qəsəbəsində və rayondakı “E” yaşayış massivindəki binalarda 21 ədəd yeni liftlərin quraşdırılaraq müvafiq qaydada təhvil verilməsi başa çatmaqdadır. Ümumilikdə isə bu gün Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir”.
Qeyd olunub ki, yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Eyni zamanda 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.
Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. İlin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual