Baş İdarədən xəbərdarlıq: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər
12:12 19.08.2019
Cəmiyyət
626
Sosial şəbəkələrdə magistral yollarda Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücülərin onları görmədiyi ərazilərdə dayanması paylaşımlar edilir. Bəs qanunla yol polisinin bu şəkildə xidmət göstərməsinə icazə verilirmi?
Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında sözügedən vəziyyətin müşahidə edilmədiyini bildirib:
"Dövlət Yol Polisi əməkdaşlarının işi hərəkət iştirakçılarının normal, təhlükəsiz hərəkətini təşkil etməkdir. Sözügedən məqamlar nə Bakı-Sumqayıt yolunda, nə də digər avtomobil yollarında müşahidə edilib. Bildiyiniz kimi, stasionar postlar mövcuddur. Yol polisi əməkdaşları fasiləsiz olaraq bu postlarda xidmət aparırlar. Qayda pozan sürücülər də aidiyyəti üzrə saxlanılaraq inzibati məsuliyyətə cəlb olunurlar".
O qeyd edib ki, əgər yol hərəkəti iştirakçısı yol polisi əməkdaşlarının hər hansı qanun pozuntusuna yol verdiyini müşahidə edirsə, “902 - qaynar xətt"inə müraciət edə bilər:
"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məsələlər daim nəzarətdə saxlanılır. Daxil olan şikayətlər isə aidiyyəti üzrə araşdırılır, hüquqi qiymət verilir. Əgər yol polisi əməkdaşı xidməti vəzifəsini, dediyiniz kimi, ağacların, reklam lövhələrinin arxasında dayanaraq yerinə yetirərsə, cəzalandırıla bilər".
Xatırladaq ki, "Yol-patrul xidməti haqqında Təlimat"ın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya