Baş Prokurorluq: “Tofiq Yaqublunun xüsusatları təsdiqini tapmayıb”
Yusif Nəzərli
11:57 12.01.2022
Cəmiyyət
503
Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma yekunlaşıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir:
“Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu “Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm