Belə şəraitdə əlbəttə, taksi sürücüləri qiyməti qaldıracaq
09:15 10.01.2023
Cəmiyyət
463
Qarlı, şaxtalı havada taksi şirkətlərinin qiymətləri qaldıracağına təəccüb edilməməlidir
“Bunun qarşısını Bakı Nəqliyyat Agentliyi almağa çalışmalıdır. Müntəzəm marşrut xətlərinə buraxılan avtobusların sayı artırılmalıdır, ictimai nəqliyyatın fasiləsiz işləməsi təmin edilməlidir”
Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb. Bakupost.az –ın məlumatına görə, qarın yağmasından istifadə edən işbazlar qiymətləri qaldırıblar. Masazır, Xırdalan kimi ərazilərə qeyri-qanuni işləyən “manatlıq” taksilər adamın birini 5 manatdan aparırlar. Eyni zamanda özəl taksi şirkətlərində də bahalaşma müşahidə olunur. Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilir.
Qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi nəzərə alınarsa, taksi sürücüləri daha bir neçə gün müştərilərə “qiymət oxuyacaq”. Nəqliyyat sektoruna cavabdeh olanlar bəs hansı tədbirləri görəcək? Qeyd edək ki, dünən səhər saatlarından etibarən paytaxtda ictimai nəqliyyatın hərəkətində intensivlik pozulub. Səhər saatlarında işə gedənlər avtobusları dayanacaqlarda uzun müddət gözləməli olub. Sürücülər gecikmələrin əsas səbəbini qarın yağması nəticəsində yollarda normal hərəkətin qeyri-mümkün olmasıyla izah edirlər. Sürücülərin ehtiyatlılığı əlbəttə anlaşılandır. Söhbət təhlükəsizlikdən gedirsə, sürət azaldılmalı, keçilməz yollarla hərəkət edilməməlidir. Zatən, adi, hava şəraiti normal olan vaxtlarda da artıq uzun müddətdir tıxaclar yaşanır, ictimai nəqliyyatın hərəkətində gecikmələr yaranır, intervallar uzandıqca-uzanır. Adi vaxtlarda bu problemlər yaşanırsa, qarlı havadan danışmağa dəyməz. Amma hər sahəyə cavabdeh qurum var və qarlı havalarda sərnişinlərin, ümumilikdə əhalinin rahat hərəkət etməsini mümkün qədər təmin etmək də konkret orqanların vəzifə borcudur.
Bildirilir ki, qar yağışı müşahidə edilən respublikanın bütün yollarında DYP əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyəti qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işi həyata keçirilir. Paytaxt ərazisində və digər bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb edilib. Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də təmzlənmiş magistral yollar barədə mütəmadi məlumat yayır. Müşahidə edilən vəziyyət isə qənaətbəxş sayılmaz, bir halda ki, insanlar evdən işə gecikir, işdən də evə gedib çata bilmir.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, qarlı, şaxtalı havada taksi sürücülərinin, taksi şirkətlərinin qiymətləri qaldırıcağına təəccüb edilməməlidir:
- Bu, tamamilə gözləniləndir. Və təbiidir. İctimai nəqliyyat yoxdursa, insanlar taksi xidmətindən istifadə etməyə məcburdur. Taksi sürücüləri də haqlı olaraq qiymətləri qaldırır. Təhlükəli hava şəraitində avtomobil idarə etmək asan deyil. Normal iqlim şəraitində taksi sürücüləri “ças-pik” vaxtı qiymətləri qaldırırlar, bu əsasla ki tıxacda vaxt itkisinə gedilir, benzin sərfi artır. Normal şəraitdə 1 saat müddətində 2 sərnişinə xidmət göstərə bilən taksi tıxaclar zamanı yalnız 1 sərnişinə xidmət göstərə bilir, yalnız bir sifarişə yollana bilir. Axşam saatlarında işdən evə qayıdanlar yenə dayanacaqlarda qalacaq. Müntəzəm marşrut avtobusları xətdə olmayacaq. Sərnişinləri daşıya biləcək ancaq taksilər qalacaq.
Belə şəraitdə əlbəttə, taksi sürücüləri, taksi şirkətləri qiyməti qaldıracaq. Bu, labüddür. Bunun qarşısını Bakı Nəqliyyat Agentliyi almağa çalışmalıdır. Müntəzəm marşrut xətlərinə buraxılan avtobusların sayı artırılmalıdır, ictimai nəqliyyatın fasiləsiz işləməsi təmin edilməlidir. Bunun üçün də gərək yollar təmizlənmiş olsun, ictimai nəqliyyatın, avtomobillərin sərbəst hərəkəti təmin edilsin. Bu, yoxdursa, avtobuslar xəttə çıxmayacaq, xətdən yayınacaqlar.
Həm əsaslı, həm əsassız. Nəzarət güclü olmalıdır, tələb edilməlidir ki, müntəzəm marşrut avtobusları təyin olunmuş qrafiklə hərəkət etsin. Yoxsa, yolda qalan sərnişin məcburdur taksilərdən istifadə etsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət