Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb
Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb
Yusif Nəzərli
13:40 12.10.2022
Cəmiyyət
549
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirimə kampaniyası başa çatıb.
9 gün davam edən kampaniya çərçivəsində xüsusi tərtibatla dizayn edilmiş avtobusun iştirakı ilə səyyar maarifləndirmə tədbirləri Bakı şəhəri, Şamaxı, Salyan, Lənkəran, Yardımlı, İmişli, Yevlax, Şəki və Xaçmaz rayonlarında təşkil edilib.
Tədbirlərdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar verilmiş, məlumatlandırıcı çap materialları paylanılmış, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilmişdir.
Həmçinin, uşaqların səmərəli vaxt keçirməsi, qızların həvəsləndirilməsi məqsədilə təşkil edilən robotexnika və rəsm guşələri ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək məqsədi ilə həyata keçirilən kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” və UNFPA və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramları çərçivəsində təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə