Bəzi qurumlar rayonlara köçürülsün !- “Həm sərhədə yaxın olarlar, həm...”
Banuçiçək Kalbalıyeva
11:44 24.12.2020
Cəmiyyət
773
“İdarəetmə ayrı yerlərdə də təmin olunar, həm də paytaxtdakı sıxlıq aradan qalxar”
“Onsuz da Azərbaycan o qədər də böyük ölkə deyil”
“Yəni paytaxtla əlaqənin kəsilməsindən narahat olmağa dəyməz”
Milli Məclisin növbəti plenar iclasında deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. O, bir neçə nazirliyin bölgələrə köçürülməsinin effektiv nəticə verə biləcəyini deyib:
“Biz bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik". Parlementarinin sözlərinə görə, bu yolla ölkənin ikinci böyük şəhərini daha aktiv vəziyyətə gətirə bilərik:
"Diqqət etsəniz, Rusiyada bir çox qurumlar Moskvadan Sankt-Peterburqa köçürülüb. Türkiyədə də belə bir ənənə var. Ankaradakı bəzi qurumlar öz fəaliyyətini İstanbul və ya bölgələr üzərindən həyata keçirirlər. Bu daha çevik idarətetməni həll edə bilər".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov səslənən təklifi “Sherg.az”a dəyərləndirib:
“Dünya praktikasında belə təşəbbüslər var.
Malayziyanın paytaxtı Kuala-Lumpur olsa da, şəhərdən 25 km məsafədə Putrajaya adlı inzibati mərkəz yaradıblar və əksəriyyət dövlət orqanları, təhsil müəssisələri ora köçürülüb. Bir vaxtlar Qazaxstan da bəzi nazirlikləri vilayət mərkəzlərinə köçürmüşdü. Elə biz də vaxtı ilə bu təcrübədən istifadə etmişik. Yəni belə bir qərar məqsədəuyğundur. Nəticədə həm paytaxtdakı sıxlıq aradan qalxar, həm də idarəetmə ayrı yerlərdə də təmin olunar. Onsuz da Azərbaycan o qədər də böyük ölkə deyil. Yəni paytaxtla əlaqənin kəsilməsindən narahat olmağa dəyməz”.
S.Məmmədov hansı qurumlarının regionlara köçürülməsi məsələsindən də danışdı:
“Əlbəttə, ilk növbədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsini başqa rayona köçürmək lazımdır. Çünki işğaldan azad olunmuş rayonlarda əhalinin yerləşdirilməsi məhz onun vəzifəsidir.
Əgər bu qurum, məsələn Gəncədə yerləşsə, sərhədə daha yaxın olar. Nəticədə işinin effektivliyi də təmin edilər. Həmçinin regionlarla əlaqəli olan digər qurumların, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgələrə köçürülməsini məqsədəyuğun hesab edirəm.
Fəqət bunu Müdafiə Nazirliyinə şamil etmək olmaz. O, mərkəzdə olmalıdır. Onsuz da həmin nazirliyin yerlərdə qoşun birləşmələri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol