Bir ailənin ölümünə səbəb olan qəzanın təfərrüatı - YENİLƏNİB + ANBAAN VİDEO
Yusif Nəzərli
07:40 18.02.2022
Cəmiyyət
791
Ötən gün təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü kilometrliyində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək nəqliyyat vasitəsini aşırıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlama verib.
O bildirib ki, qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər:
“Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər. İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda, yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub. Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, yolda müəyyən edilmiş sürət həddinə riayət etsinlər və mütləq təhlükəsizlik kəmərini bağlasınlar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır”.
11:14
Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, əvvəlcə yol kənarında dəmir maneəyə çırpılıb, daha sonra körpüdən aşıb.
Qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm