Bir gözünü itirən döyüşçü:“Kaş tez yaralanmazdım...”
Banuçiçək Kalbalıyeva
09:16 04.02.2021
Cəmiyyət
696
Deyirlər, candan şirin şey yoxdur. Amma lazım gələndə ondan keçmək də mümkündür. Məsələn, söhbət Vətənin taleyindən gedəndə oğullarıməz toya-bayrama yollanırmışcasına ön cəbhənin yolunu tuta bilərlər. Tutdular da. Biz bunu bir neçə ay əvvəlki- İkinci Qarabağ müharibəsində gördük. Yüzlərlə mərd oğul torpağa sipər oldu. 1998-ci il təvəllüdlü Amil Əliyev də belə qəhrəmanlardandır.
O, Vətən müharibəsindəki iştirakına dair “Sherg.az”a açıqlama verib:
“2019-cu ildə hərbi xidmətə çağırılmışam. Üç ay Goranboyda “gənc əsgər” kimi xidmət etdikdən sonra Tərtərə göndərilmişəm.Vətənin ərazi bütövlüyü uğrunda gedən müharibədə siravi əsgər kimi Ağdərə istiqamətində döyüşmüşəm.
Baş atıcı idim. Sentyabrın 29-da mina partlaması nəticəsində yaralandım. Beləliklə, görmə qabiliyyətimi itirdim. Ruh yüksəkliyimiz çox yüksək idi.
Bəzi yoldaşlarımız şəhadətə qovuşdular. Bəziləri isə mənim kimi yaralandılar. Nəzərinizə çatdırım ki, komandirlərimin köməyi ilə həyatda qaldım. İlk tibbi yardım göstəriləndən sonra Bakıdakı Mərkəzi Hospitala gətirildim və gözlərimdən əməliyyat olundum.
Kaş, belə tez yaralanmaz və növbəti döyüşlərdə də iştirak edəydim. Təəssüfləndiyim yeganə məqam budur. Hazırda bir gözümün görməyinə rəğmən, yenə də Vətənimi yağı düşməndən qorumağa hazıram.
Ali Baş Komandanın əmrindəyəm! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya