Blokda yatan əcnəbi qadın sığınacağa yerləşdirildi
Yusif Nəzərli
10:01 12.01.2022
Cəmiyyət
651
Özbəkistan vətəndaşı olan qadın sığınacağa yerləşdirilib.
Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, qadın ötən gecə sığınacağa gətirilib:
“Qadın iki gün blokda yatdığını bildirib. Özbəkistan vətəndaşını sığınacağa qəbul etdik. Xanım deyir ki, uzun müddət Özbəkistanda vergi xidmətində çalışıb. Biz xanımın yoldaşı ilə də əlaqə saxladıq. Xanımın əri bildirdi ki, yoldaşı ilə yeddi ildir ki boşanıblar. Boşandıqdan sonra xanımına kömək olmaq üçün ev tutub, işə düzəldib. İşə başladıqdan sonra öz-özünə danışdığı, qeyri-adi hərəkətlər etdiyinə görə işdən çıxarılıb. Əri bildirdi ki, yoldaşında son zamanlar şizofreniya əlamətlərini hiss edib. Qadın hələ də vergi orqanında çalışdığını düşünür. Xanım bizə bildirir ki, Bakıya pulunu götürməyə gəlib”.
M.Zeynalova onu da qeyd edib ki, Özbəkistan vətəndaşları ilə bağlı Özbəkistan səfirliyinə zəng etsələr də cavab ala bilməyiblər:
“Dövlət Miqrasiya Xidməti və Özbəkistan Səfirliyindən xahiş edirik ki, xanımı öz ölkəsinə göndərməkdə köməklik göstərsinlər. Xanımın sığınacağımızda qalması təhlükəlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm