
Bütün yolları su basıb
Yusif Nəzərli
00:29 16.11.2022
Cəmiyyət
395
Nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb
"Kanalizasiyalar qurulur, küçə təmir edilir, amma yağışın axması üçün lyuklar qoyulmur"
Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əhaliyə müraciət edib.
Qeyd olunur ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər əlverişsiz hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar".
"Unutmaq olmaz ki, piyadaların yağış suyu ilə isladılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır", - deyə bildirilib.
DYP əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edir.
Təəssüf ki, Bakının yağışla imtahanı bitmir. Bakıya azacıq yağış yağan kimi paytaxtın küçələrində, o cümlədən iri avtomobil yollarında keçilməz gölməçələr yaranır. Halbuki, ilboyu yağışlı olan ölkələr var ki, avtomobillərin hərəkəti adi günlərdəki kimi davam edir. Bakıda isə yağışın yarım saat intensiv yağması kifayətdir ki, küçələrdə su dizə çıxsın. Bu isə həm sürücülər, həm də piyadalar üçün işgəncəyə çevrilir. Mütəxəssislərin fikrincə, Bakı şəhərində suötürücü və kanalizasiya sistemləri, su drenajları paytaxtın hazırkı vəziyyətinə hesablanmayıb. Memar bildirir ki, mövcud kanalizasiya sistemləri yağış sularının öhdəsindən gələ, daşıya bilmir. Bu da bir neçə il əvvəl bəzi ötürücü lyukların üzərinin asflatlanmasıdır. Məhz buna görə yollar gölməçəyə dönür, məhz bu səbəbdən də piyadalar sürücülərin hərəkəti zamanı kənara sıçrayan yağış-çirkab sularına tuş gəlir.

Yol nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, yağış yağan kimi yolları su basmasının, nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsinin səbəbi yollar təmir olunarkən yağış xətlərinin çəkilməməsidir:
"Yollar çəkilərkən yağış xətləri qoyulmur. Yollarda gölməçələrin yaranma səbəblərindən biri də budur. Bəzən kanalizasiyalar qurulur, küçə təmir edilir, amma yağışın axması üçün lyuklar qoyulmur. Nəticədə yolları su basır, nəqliyyatın hərəkəti iflic olur. Bu, piyadalar üçün də ciddi problemlər yaradır. Çünki yağıntılar zamanı piyada keçidləri və səkilər su altında qalır. Əgər təsadüfi bir lyukun ağzı açıq qalsa, bu, potensial təhlükədir".
E.Cəfərovun fikrincə, Bakıda əhali sayının artmasının tıxaclarla o qədər də əlaqəsi yoxdur: "Bütün dünyada urbanizasiya problemi sürətlənib. Bu gün Azərbaycanda da bu proses gedir. Şəhərlərdə əhali sayının artımı tıxaclara səbəb olmamalıdır. Bakıdan qat-qat əhali sayı çox olan şəhərlər var. Amma orada ictimai nəqliyyat çoxşaxəlidir. İctimai nəqliyyat yaxşı işləyir. Yeraltı nəqliyyatdan daha çox istifadə edilir. Bakıda isə ümid avtobuslaradır. Onlar tıxacda qalan kimi, ictimai nəqliyyatın işi iflic olur, sərnişinlər yollarda qalır. Bakı şəhərində tramvay xəttinin ləğv olunması bu gün tıxaclara səbəb olan əsas amillərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: bu gün daha 10 oyun baş tutacaq
11:07 29.09.2026
Futbol
Qarabağ Universitetinin müəllimi həbs olundu - Səbəb
10:54 29.09.2026
Hadisə
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya