Çətin tərbiyə olunan uşaqları dinləmək lazımdır
Yusif Nəzərli
08:50 12.05.2022
Cəmiyyət
488
Bəlkə narkomaniya ilə bağlı vəziyyəti onlar daha yaxşı anladacaqlar
Azərbaycanın şəhər və rayonlarında ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ən çox fakt Sumqayıtda qeydə alınıb.
Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildiriblər.
Hesabata görə, 2021-ci il üzrə qanunsuz narkotik dövriyyəsi ilə bağlı Sumqayıt şəhəri üzrə 587 fakt, Lənkəran üzrə 459 fakt qeydə alınıb. Sumqayıtda ötən il 339 nəfər, Lənkəranda isə 443 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Təəssüf ki, narkotikdən istifadə günümüzün bəlasına çevrilib. Nə qədər nəzarət olsa da, nəinki Sumqayıt şəhəri, bütün ölkə boyunda geniş vüsət alıb. Ən məyusedici tərəfi də odur ki, istifadənin yaşı cavanlaşır. Yeniyetmələrə, gənclərə psixiatrik maddələrin zərərlərindən bəhs edən tədbirlər, videoçarxlar təşkil olunsa da, yenə də acınacaqlı vəziyyətlə qarşı-qarşıya qalırıq. Gəncliyimiz məhvə doğru gedir. Cəmiyyətə yararlı şəxslərin yetişməsinə narkomaniyaya sürüklənmə halları əngəl olur. Təbii ki, insanın çevrəsi, ətrafı onun həyatında mühüm rol oynayır. Yetkinlik yaşından parlaq gələcək üçün dostların, yaşıdların düzgün seçilməsi vacib addımdır. Ona görə də bilgilənmə işləri daimi aparılmalı, narkomaniyanın təhlükəsi barədə gənclər məlumatlanmalıdır. Bu proseslərdə valideynlər də övladlarına dəstək verməlidir.
Narkomaniya üzrə ekspert Emil Maqalov “Şərq”ə açıqlamasında bildirib ki, gəncləri maarifləndirmə işlərindən qismən razıyam:
"Çünki təbliğatların aparılması ilə bağlı tədbirlərdə şagirdlərin, tələbələrin etibar etmədiyi adamlar iştirak edir. Məsələn, təşkil edilən tədbirlərdə rektor, prorektor, polis, məktəbin direktoru olur. Uşaqlar da onlara güvənmir və həmin şəxslərin yanında danışmır. Bundan əlavə, şablon filmlər nümayiş olunur. Təəssüf ki, tədbirlərə məhz çətin tərbiyə olunan uşaqları yox, yaxşı oxuyan gəncləri və kiminsə qohumlarını dəvət edirlər. Onlar da etimad göstərmədiyi insanları görəndə diskussiyaya qoşulmur, sual vermir, öz problemlərini söyləmirlər, qorxurlar. Məsələn, tədbirlərin birində yeniyetmələrə sual vermələri üçün müraciət etdim, heç birindən səs çıxmadı. Yekunda çölə çıxanda sual vermək istəməmələrinin səbəbini soruşanda, "narkoman olduğumu sanarlar deyə susdum" cavabını verdilər. Ona görə də uşaqlara şərait yaratmaq lazımdır".
Ekspert diqqətə çatdırıb ki, məktəb psixoloqlarının əmək haqqısı çox azdır:
"Onların məktəblərdə fəaliyyəti bərbad vəziyyətdədir. Məsələn, məktəbdənkənar çalışan psixoloqların bir seansı 50-100 manatdır, təhsil ocaqlarındakıların isə maaşı 200-300-dür. Bu məvacibə təbii ki, 1000 nəfərlə işləməzlər. Məsələn, Rusiyada, Gürcüstanda 100 nəfərə bir psixoloqdur və nəticəsi də var. Eyni zamanda məktəbdəki psixoloqların çoxu bu sahədə səriştəsizdir.
Bundan başqa, idman komplekslərimiz asudə vaxtının təşkili üçün çox gözəl şansdır. Amma təəssüf ki, 80-90 faizinin fəaliyyəti dayanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya