Dağlıq rayonlarda qar yağıb, Gəncə və Daşkəsənə dolu düşüb
Yusif Nəzərli
06:23 31.03.2024
Cəmiyyət
730
Martın 31-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, dağlıq rayonlarda qar yağıb.
Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda 3 sm olub.
Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm, Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm olan dolu düşüb.
Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s, Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8 mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər, Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba, Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad, Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi