Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi - FOTO
Yusif Nəzərli
07:46 29.12.2022
Cəmiyyət
632
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən “Bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında” əmr imzalanıb.
Məlumat üçün bildirək ki, Uşaq Nevroloji Xəstəxanasında 10 şöbə və 80 nəfər tibb personalı fəaliyyət göstərir. Tibb müəssisəsində sinir sistemi xəstəlikləri və xəsarətləri olan uşaqlar müalicə edilir.
Uşaq Bərpa Mərkəzində isə 5 şöbə və 96 tibb personalı fəaliyyət göstərir. Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin 27.04.2021-ci il tarixli qərarına əsasən, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının tabeliyinə verilməsi yolu ilə yenidən təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz