Deputat: “Rayonlarda narkotik problemi böyük fəlakətdir”
Yusif Nəzərli
08:27 25.01.2023
Cəmiyyət
375
Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib.
“Report” xəbər verir ki, deputat bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib.
“Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün rayonlarda məşğulluq proqramı lazımdır. Zavod və ya fabriklərə cəlb olunaraq işlə təmin edilmələri yaxşı olardı”, - o vurğulayıb.
Deputat bildirib ki, rayonlar gözdən kənar olduğundan qəbul edilən qərarların icrası mexanizminə nəzarət zəif qalır:
“Məsələn, Gənclər və İdman Nazirliyi Bakıda yerləşir, nazir tapşırıqlarını verir. Həmin tapşırılan işlərə ciddi nəzarət mexanizmi olmalıdır. Müşahidələrim onu deməyə əsas verir ki, rayonlarda hesabata xatir görülən işlər həddindən artıq çoxdur. İşləri lazımi dərəcədə yerinə yetirmək, can yandırmaq, kadr siyasəti rayonlarda böyük problemdir. Rayonda yaşayan gənclərlə daha sıx iş görülməlidir”.
“Regionlarda narkotik problemi bu gün əsas məsələdir. Bu məsələni sırf Daxili İşlər Nazirliyinin öhdəsinə buraxa bilmərik. Qeyri-hökumət təşkilatları və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu, böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu, genofondun məhvi deməkdir”, - J.Əhmədova əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq