DİM-dən ittihamlara cavab: "Məleykə Abbaszadə..."
Banuçiçək Kalbalıyeva
14:34 22.04.2021
Cəmiyyət
947
“...Riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisdir”
“Məleykə Abbaszadə riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə...”
“DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisdir”.
Bu sözləri DİM-in mətbuat xidmətinin rəisi Xanlar Xanlarzadə “Sherg.az”a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlunun sözügedən qurumla bağlı iddialarına cavab verərkən deyib.
“Unutmaq lazım deyil ki, I qrupa aid ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlər riyaziyyat və fizika fənləri üzrə də imtahan verirlər. I ixtisas qrupu üzrə qəbul imtahanlarında informasiya texnologiyalarına aid biliklərin də yoxlanılması üçün bütün ölkə üzrə orta ümumtəhsil müəssisələrinin texniki təminatı, o cümlədən internet, kompüter və s. arzuedilən səviyyədə olmalıdır.
Tədris prosesi zamanı şagirdlər lazımi səviyyədə bilik və bacarıqlara yiyələnməlidirlər ki, imtahanda onların qiymətləndirilməsi həyata keçirilsin. İnformatika fənnini digərlərindən fərqli olaraq kompüter arxasında öyrənmək lazımdır.
Bu fənni yalnız nəzəri cəhətdən, hansısa bir vəsaiti oxumaqla mənimsəmək mümkün deyil. Qeyd olunan məsələlər tam həll olunduqdan sonra DİM təbii ki, İT ixtisaslara qəbulda informatika üzrə bilikləri də yoxlayacaq”- deyə, Xanlar Xanlarzadə əlavə edib.
Xatırladaq ki, bu günlərdə N. Qulamoğlu “İnformatika müəllimliyi” ixtisası üzrə informatikadan yox, kimyadan imtahan verilməsi ilə bağlı bunları demişdi:
“Doğrudur, fənlər arasında daxili əlaqə, qruplaşma var. Lakin mən son vaxtlar kimya fənninin irəli çəkilməsini başa düşə bilmirəm. Fikrimcə, bu, DİM-dən qaynaqlanır. Bəlkə də, yanılıram. Bu, mənim intuitiv fikrimdir. Bildiyimə görə, M. Abbaszadə kimyaçıdır. Ola bilər ki, həmin fənnin irəli çəkilməsi bununla bağlıdır.
Hərçənd kimya ölkəmizdə o qədər də inkişaf etməyib və informatika müəlliminin hazırlanması üçün bu fənnin tədrisi kifayət deyil. Odur ki, yanaşma səhvdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq