DİN: Ölkə ərazisində hava şəraiti ilə bağlı ölümlə nəticələnən hadisə qeydə alınmayıb
Yusif Nəzərli
07:31 14.01.2024
Cəmiyyət
503
Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli olub.
Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb.
Son sutka ərzində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlar tərəfindən hava şəraiti ilə bağlı 3765 çağırış daxil olub və kömək istənilib. Hər bir çağırış operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara zəruri köməkliklər göstərilib. Çağırışlar əsasən respublikamızın magistral yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub. Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri ilə yaşayış yerlərinə çatdırılması təmin edilib:
"Bir daha sürücülərdən xahiş edirik ki, sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir".
Hazırda DİN əməkdaşlarının ölkə ərazisində fasiləsiz rejimdə xidməti davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm