“Dinozavr tapa bilmirdim...”
Yusif Nəzərli
03:30 18.02.2022
Cəmiyyət
332
Şahbaz Xuduoğlu: "Uşaq oyuncaqları satılan mağazalara getdim, nəhayət bir yerdə tapdım..."
Tahir Kərimlinin performansını biz də özümüzə uyğunlaşdırdıq, kitab sevgimiz yenə qalib gəldi
“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu feysbuk hesabında maraqlı statusla çıxış edib. Naşir oyuncaq mağazasında “dinozavr”ı boğazladığı anların fotosunu paylaşıb və sosial şəbəkə istifadəçilərinə “bu şəklə ən yaxşı ad qoyana “Dinozavrlar” kitabını hədiyyə edəcəm”, müraciətini edib. Fotoya qısa müddətdə 200-ə yaxın (günorta saatlarınadək) rəy yazılıb. Naşirin dinozavr axtarışına çıxmasının haradan qaynaqlandığı bəllidir. Vəhdət Partiyasının sədri Tahir Kərimli olayı bir neçə gündür ki, cəmiyyətdə əks-səda doğurub. Amma naşirin bu ictimai-siyasi olaydan kitabın – maarifçiliyin xeyrinə faydalanmaq istəyi, bizcə, alqışa layiqdir. Hər nə baş verirsə-versin, qazanan kitab və kitabsevərlər olsun.
Siyasi olayı sosial müstəviyə keçirən Şahbaz bəyin özüylə əlaqə saxladıq. Qısaca söhbət etdik:
- Şahbaz bəy, dinozavr “boğazlamaq” , kitab hədiyyə etmək hardan ağlınıza gəldi?
(Güldü)
- Nə bilim... Gəldi də!.. Dinozavr tapa bilmirdim, uşaq oyuncaqları satılan mağazalara getdim, nəhayət bir yerdə tapdım...
- Sizin siyasi olayı kitabın xeyrinə dəyişmək, bir naşir kimi kitab oxucularının sayını artırmaq istəyiniz gözəldi.
- Hadisələrə hər kəs öz baxış bucağından baxır. Millət vəkili Tahir Kərimlinin çıxışı, əslində onun tərəfindən bir performans idi. Biz də bunu özümüzə uyğunlaşdırdıq. Kitab sevgimiz yenə qalib gəldi və belə bir layihə düşündük.
- Amma Tahir Kərimlinin əlindəki əjdəha idi, dinozavr deyildi...
- Nə fərqi? Eyni qrupa aiddilər, eyni sinifdəndilər.
- Yazmısınız ki, bu şəklə ən yaxşı ad qoyana “Dinozavrlar” kitabını hədiyyə edəcəksiniz. Baxmısınız rəylərə, bəyəndiyiniz var?
- Bəyəndiklərim çoxdu. Hələ baxıram, rəylərə. Hansı rəydə bəyənmə sayı çox olsa, kitab ona qismət olacaq.
- Həqiqətən belə kitab var, yoxsa bu, blefdir?
- Əlbəttə, var. Çox yaxşı, şəkilli “Dinozavrlar” kitabımız var. Ensiklopedik nəşrdir. Qalibin adını açıqlayacağıq.
- Fürsət varkən, soruşum, kənddə işlər necə gedir? Layihələriniz icra olunur? (xatırladım ki, Şahbaz Xuduoğlu doğma kəndlərində küçələrin təmizlənməsi, kitab köşklərinin qoyulması işləri ilə məşğul idi. Kənddə təndir də açmışdı. Ucuz və keyfiyyətli kənd çörəyi bişirilirdi - M.R.)
- Bəli, kəndimizin küçələri təmizdi artıq. Kitabları da özüm hər dəfə gedəndə aparıram. Təndir də işləyir.
- Çörəyin qiyməti orda da qalxdı?
(Gülümsədi)
- Bilmirəm... Doğrusu, son vaxtlar maraqlanmamışam... Ümumiyyətlə, mənim yanaşmam belədir ki, kəndin çörəyi kənddən çıxmalıdır. Özümə aid torpaq sahəsində buğda əkmişəm. İyul ayında biçin vaxtı olacaq. Sonra o taxılı kənd dəyirmanında üyüdəcəyik, üyüdülmüş buğda unundan da çörək bişirəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm