Dostu ilə birlikdə şəhid olan hərbçinin anası: “Ən öndə olurmuş, düşmənin yanından...”
Banuçiçək Kalbalıyeva
07:16 18.01.2021
Cəmiyyət
562
Bir dəfə bir yerdə oxumuşdum ki, ən yaxşısı müqəddəslər uğrunda həyatını qurban verməkdir. Deyəsən, doğrudan da, belədir. Özümüzə müqəddəs bildiyimiz, anamızla müqayisə etdiyimiz torpağ naminə 44 günlük savaşda üç minə yaxın igid canını fəda etdi. Bəlkə də, vaxtından tez dünyadan köçdülər. Amma həm adlarını tarixə yazdılar, həm də ən yüksək zirvəyə ucaldılar. Eyni ilə gənc hərbi qulluqçu Sadiq Səmədov kimi. O, 2000-ci il iyul ayının 13-də Yevlaxda dünyaya göz açıb. 2016-cı ildə həmin rayondakı 8 nömrəli tam orta məktəbə daxil olub. Sonradan təhsilini 23 saylı tam orta məktəbdə davam etdirib və məzun olandan sonra Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçib.
Anası Şəfalə Səmədovanın “Sherg.az”a dediklərinə görə, oğlunun hərbiyə marağı da elə buradan başlayıb:
“Nümunəvi xidməti ilə fərqlənən oğlum həmişə komandirlərinin diqqətində idi. O, manqa komandiri olub. Vətənə borcunu yerinə yetirdikdən sonra təşəkkürnamələrlə qayıtdı. Heç bir ay keçməmişdi ki, hərbi komissarlıqdan çağırdılar.
Beləliklə, Sadiq sanitar-təlimatçı kimi İkinci Qarabağ müharibəsində iştirak etdi. Əslində atası ilə mən ona müxtəlif işlərdə çalışmağı təklif etmişdik. Amma o, dostu Elton kimi hərbçi olmaq istəyirdi. İş elə gətirdi ki, müharibədə də birlikdə döyüşdülər. Tərtərdə, Goranboyda, Suqovuşanda və Kəlbəcərdə çiyin-çiyinə vuruşdular”.
Ş.Səmədovanın sözlərinə görə, oğlu cəsarəti ilə həmişə seçilib:
“Onu N saylı hərbi hissəyə göndərmişdilər. Telefonla danışanda döyüş yoldaşlarından razılıq edir, hər şeyin yaxşı olduğunu deyirdi. Sanitar-təlimatçı olmasına rəğmən, daim iriçaplı silahlarla döyüşür, özü də ən öndə olurmuş.
Gedib düşmənin düz yanından su gətirirmiş. Dostları xəbərdarlıq edəndə gülümsəyərək deyirmiş ki, onlar bizə heç nə edə bilməzlər. Deməli, döyüşlərin birində dostu Elton yaralanıb. Sadiq kömək üçün onun yanına qaçanda dizindən güllə yarası alıb. Fikir verməyib və sürünməyə başlayıb.
Eltonun yanına çatanda başını qaldırıb və elə o andaca düşmən snayperinin qurbanı olub. İki dost, iki döyüş yoldaşı birlikdə şəhadətə qovuşublar. Mən həmin gün iki oğul itirdim. Oktyabrın 15-i Sadiqi dəfn etdik. Görünür, su səhəngi su yolunda qırılar. Mənim də balamın taleyi belə imiş”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm