Döyüşdən dönən var: “Düşməni cəsarətimizlə məhv edirdik”
Banuçiçək Kalbalıyeva
16:16 24.02.2021
Cəmiyyət
856
“Lakin sonra qürur qorxuya üstün gəldi”
“Topun, minatanın, tankın səsləri gəldikcə düşmənə demək istəyirdik: “Yenə atın!”
Son vaxtlar mərhum şair Məmməd Arazın “Vətən mənə “oğul” desə, nə dərdim, mamır olsa, qayasında bitərdim” misraları tez-tez yadıma düşür. İkinci Qarabağ müharibəsi dövründə hər şey məhz belə oldu: Vətən öz oğullarını səsləndi. İgidlərimiz Onun çağırışını cavabsız qoymadılar. Əllərində avtomat otuz ildir torpaqlarımıza sancılməş çirkli caynaqları məhv etməyə getdilər. Və şükür ki, bunu layiqincə bacardılar. Düz 44 gün sonra bizə tarixi qələbə sevincini bəxş etdirən hərbçilərmizin hər biri indi təkcə bir ailənin yox, bütöv xalqın, millətin oğludur. Eləcə də 1990-cı il təvəllüdlü Vüqar Muradov.
O, Bakı şəhərində anadan olsa da, əslən Qərbi Azərbaycandandır. 271 saylı tam orta məktəbdə təhsil alıb. Sonra isə Odlar yurdu universitetinin Ekologiya fakültəsində oxuyub. Ali təhsilini da başa vurduqdan sonra vətənə borcunu yerinə yetirən Vüqar beş ay əvvəl yenidən hərbi forma geyindi, əlinə silah aldı.
Bu barədə “Sherg.az”a danışan qəhrəmanımızın sözlərinə görə, heç bir çətinlik onlara öz məqsədlərinə çatmağa əngəl ola bilməyib:
“Yəqin, əslən ordan olmağımdan irəli gəlir ki, Zəngəzuru həmişə görmək istəmişəm. Bəlkə də, hər gün müharibənin başlanması və iştirakçı olmağım üçün dua edirdim. General-mayor Polad Həşimov şəhid olandan sonra dövlət başçısı İlham Əliyev gənclərə müraciət edərək bildirdi ki, isətəyənlər könüllü döyüşmək üçün qeydiyyatdan keçə bilərlər.
“Fürsət bu fürsətdir” dedim. Sentyabrın 21-i səhər saat 8 radələrində qapı döyüldü. Məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə apardılar.
İnanın, valideynlərimdən halallıq almağa da imkanım olmadı. Bütün yolu boyu qələbə ilə qayıtmaq üçün dua edirdim. Düşünürdüm ki, Allahdan gələn hər çətinlik özü bir nemətdir.
Sentyabrın 22-dən 26-dək təlim keçdik. Növbəti gün isə müharibə başladı. Vəzifəm baş sürücü idi. Fizuli istiqamətində hərəkətə başladıq.
Ardınca Cəbrayılda, Xocavənddə, Xocalıda, Şuşada döyüşdük. Düzdür, əvvəl təlaşlı idik. Lakin sonra qürur qorxuya üstün gəldi. Topun, minatanın, tankın səsləri gəldikcə düşmənə demək istəyirdik: “Yenə atın!”. Biz onları cəsarətimizlə məhv edirdik. Əlbəttə, çətinliklərimiz, məhdudiyyətlərimiz oldu. Bəzən uzanmağa da yer tapmırdıq. Ac, susuz, yuxusuz qalırdıq. Buna baxmayaraq, heç bir çətinlik bizə narahat etmirdi.
Çünki hər birimiz haqq yolunda olduğumuzu bilirdik. Şükür, istədiyimizə çatdıq, uğrunda canımızı verməyə hazır olduğumuz müqəddəs vəzifəni yerinə yetirdik- torpaqlarımızı azad etdik. Döyüşlərdə dişlərim sındı, həftələrlə çəkmədə qaldığı üçün ayaqlarım şişdi. Hazırda müalicə alıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm