DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
14:50 27.08.2025
Cəmiyyət
474
Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş təşkil olunub.
DTX-nin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış ediliblər.
Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açıblar. Haqq savaşında əldə olunmuş tarixi Qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğulayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildiriblər.
Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya