DTX-nin istefada olan polkovniki əhalini ictimai yerlərdə sayıq olmağa çağırıb
Yusif Nəzərli
14:18 15.11.2022
Cəmiyyət
283
“Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”.
Bunu Trend-ə açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.
Onun sözlərinə görə, bütün vətəndaşlar həmişə ayıq-sayıq olmalıdırlar.
“Bu gün terrora qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşlar da həmişə ayıq-sayıq olmalıdırlar.
Türkiyədə baş verən hadisəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Türkiyədə partlayış zamanı terrorçu çantanı insanların gur toplaşdıqları yerdə qoydu və ondan sonra partlayış baş verdi. Əgər kimsə zamanında həmin şübhəli çantanı görsəydi, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və hadisənin miqyasının müəyyən mənada qarşısı alına bilərdi. Əlbəttə ki, bunlar ehtimallardır, istənilən halda həm Türkiyə, həm də Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar.
Bəzən görürsən ki, yolda hər hansı bir naməlum əşya var, gənclər gəlib ona toxunur, təpikləyirlər. Belə hallara yol vermək olmaz. Azərbaycanda 1990-cı illərdə xeyli terror hadisəsi törədilib. Yəni kimsə hər hansı bir əşya görürsə, düşünməlidir ki, burada partlayıcı maddə ola bilər. Xüsusilə, insanların kütləvi olduğu yerlərdə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”, - deyə A.Qarayev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya