Dünya çempionu deputatlığa namizədlikdən imtina etdi – Səbəb nədir?
Turan
09:22 16.01.2020
Cəmiyyət
987
Elnur Alıyev qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musa Yunusova yardım göstərəcək
“Söhbət bir azyaşlı körpənin həyatından gedirsə, onda adamın gözünə başqa heç nə görsənmir”
87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd dünya çempionu, əməkdar məşqçi Elnur Alıyev namizədlikdən imtina edib. Bu barədə tanınmış idmançının özü sosial şəbəkədə məlumat verib. İdmançı bildirib ki, qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musa Yunusovun həyatını xilas etmək üçün iddiasını geri götürüb.
"Sherg.az"ın xəbərinə görə, yanvarın 16-da, yəni bugün Ağsu rayonunda yerləşən “Ağsu İdman Kompleksi”ndə xeyriyyə məqsədli qanvermə aksiyası keçiriləcək. Aksiya leykozdan əziyyət çəkən 3 yaşlı Musa Araz oğlu Yunusova yardım etmək üçündür. Qanvermə üçün Qan Bankı ilə razılıq əldə olunub və müqavilə bağlanılıb ki, aksiyadan yığılan qanın əvəzinə xəstə körpənin ehtiyacı olduqda Qan Bankı ona lazımı qədər qanı təmənnasız versin.
Aksiyanın təşkilatçısı Ağsu İdman Kompleksinin Direktoru Elnur Alıyev qanvermə aksiyası ilə bağlı sualarımızı cavablandırıb ki, balaca Musanın vaideyinləri hələ ötən ilin dekabrında mənə müraciət edib:
“Məsələni dərhal nəzarətə götürdüm və bu istiqamətdə müvafiq qurumlarla danışıqlara başladım. Qan Bankına müraciət etdik və onlar aksiyanı Yanvarın 16-da keçirməyi təklif etdilər. Bilirsiniz ki, mən də 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd idim.
Aksiya isə qanunla icazə verilən təbliğat kampaniyasından bir gün əvvələ düşürdü. Qan Bankı isə yanvarın 16-sı gününü təyin etmişdi. Biz qanunu poza bilməzdik. Eyni zamanda məlumat aldıq ki, körpənin vəziyyəti getdikcə pisləşir.
Söhbət bir insanın, xüsusi ilə də bir azyaşlı körpənin həyatından gedirsə, onda adamın gözünə başqa heç nə görsənmir. Bütün bunları nəzərə alaraq və vicdanımın səsinə qulaq asaraq namizədliyimi geri götürdüm və bu aksiyanı məhz bu gün keçirilməsinə qərar verdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi