DYP küləkli hava ilə bağlı müraciət edib
Yusif Nəzərli
06:53 27.12.2023
Cəmiyyət
449
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə Bakıda və Abşeron yarımadasında qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
Bakı şəhər DYP İdarəsindən APA-ya verilən xəbərə görə, proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.
Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.
Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm
İranın hücumundan sonra Qətərdə türk vətəndaşları təxliyə gözləyir
15:51 02.03.2026
Gündəm
MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
15:42 02.03.2026
Aktual
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib
15:27 02.03.2026
Dünya