Əhali onlardan razıdır
Yusif Nəzərli
02:20 06.10.2022
Cəmiyyət
475
Hazırkı taksi xidmətinə müdaxilə yersizdir, effekt verməyəcək
"Nazir müavini hazırda ən yaxşı xidmət növü göstərən taksilərə müdaxilə yollarını düşünməkdənsə, dəmiryolu xidmətinin bərpasına çalışsın"
Ölkədə vahid taksi xidmətinin yaradılması ideyası var. Bunu APA-nın sualına cavabında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: "Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında hazırda taksilərin ən normal, bəyənilən və əlçatan nəqliyyat növü olduğunu dedi:
- Hesab edirəm ki, hazırda taksi xidmətinə dövlətin müdaxiləsinə ehtiyac yoxdur. Çünki hazırda taksilər ən yaxşı işləyən, sərnişinlərin razı qaldığı, xüsusilə də qiymət baxımından əlçatan nəqliyyat növüdür. Taksi xidməti sahəsində sağlam rəqabət yaranıb, taksi şirkətləri güzəştli şərtlərlə, ucuz qiymətlər təklif edir, vətəndaşlar da razıdır, taksi sürücüləri də. Uzaq məsafələrə də ucuz qiymətə taksi xidmətindən istifadə etmək olur. Məlumdur ki, səhər və axşam saatlarında, günün pik saatlarında, sərnişin avtobuslarının xəttə çıxmadığı gecə saatlarında məhz taksilər insanların köməyinə gəlir, mənzil başına çatdırırlar. Biz hələ dəqiq bilmirik, nazir müavini vahid taksi xidməti dedikdə, konkret nəyi nəzərdə tutur, hansı dəyişikliklər, hansı yeniliklər olacaq, taksi xidməti bir mərkəzdənmi idarə olunacaq, vahid taksi xidməti şirkətimi yaranacaq? Bəlkə vahid taksi xidməti ölkədə yalnız milli taksi şirkətlərinin fəaliyyətini təmin edəcək. Bu gün baş ofisləri müxtəlif xarici ölkələrdə olan, onlayn idarə edilən taksi şirkətləri var, məsələn, “Maxsim”, “Uber”, “Bolt” kimi. Bəlkə bunlara qadağa qoyulmasını, ya da vahid mərkəzdə birləşdirilməsini düşünürlər. Ya da ümumiyyətlə, yalnız milli taksi xidməti şirkətlərinin fəaliyyət göstərməsini istəyirlər. Belə olarsa, Tarif Şurası məsafədən asılı olaraq taksi xidməti haqqı təyin etməlidir, taksilərə taksometrlər quraşdırılmalıdır. Belə olduğu halda vergidən yayınma hallarının da qarşısı alına bilər.
Lakin hesab edirəm ki, hazırkı taksi xidmətinə müdaxilə etmək yersizdir. Vahid taksi xidməti növünün yaradılması, artıq gördük ki, o qədər də uğurlu alınmadı. Vaxtilə Bakıya bənövşəyi – London taksiləri, sonra da qırmızı taksilər gətirildi. Gediş haqları çox baha olduğundan əhali onlardan az istifadə edirdi. Bu layihə də iflasa uğradı. Amma taksi bazarında yaxşı mənada sərbəstliyin yaranması bu bazarda özünü tənzimləmə ilə nəticələndi. İndi bir neçə taksi xidməti şirkəti var, əhali də onlardan razıdır. Hesab edirəm ki, nazir müavini hazırda ən yaxşı xidmət növü göstərən taksilərə müdaxilə yollarını düşünməkdənsə, dəmiryolu xidmətinin bərpasına çalışsın.
Bakı-Ağstafa-Qazax, həmçinin Bakı-Horadiz sərnişin qatarlarının işini bərpa etsinlər. İnsanlar bölgələrə rahat gedib-qayıda bilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm