Əks təbliğatı gücləndirməliyik
Əks təbliğatı gücləndirməliyik
Yusif Nəzərli
08:32 12.10.2022
Cəmiyyət
323
Partiya sədri: "Böyük dövlətlər və beynəlxalq təşkilatlar mina terrorunu görməzdən gəlirlər"
"İşğaldan azad edilmiş ərazilərimizdə iki dəfə mina partlayışı baş verib. Söhbət Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı Ağdamın Yusifcanlı kəndində baş verən mina partlayışından və Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktorun minaya düşməsindən gedir".
Bu barədə "Şərq"ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, Yusifcanlı kəndində qeydə alınan partlayış nəticəsində üç nəfər xəsarət alıb:
"Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar. Füzuli rayonunda baş verən mina partlayışı nəticəsində isə xoşbəxtlikdən heç kim xəsarət almayıb, sadəcə, traktora ziyan dəyib.
Amma hər iki partlayışın nəticəsi gözlənildiyindən daha ağır da ola bilərdi. Dünya birliyi bilməlidir ki, ermənilərin istər 30 illik işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərimizdə basdırdıqları minalar nəticəsində son iki ildə artıq 250 nəfərdən çox mülki vətəndaşımız və hərbçilərimiz ya həlak olub, ya da ağır xəsarət alıb, şikəst olub. Bəli, Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin yerli media nümayəndələrimizə müsahibəsi zamanı qeyd etdiyi kimi erməni terroru bu gün də davam edir. Ermənilər tərəfindən basdırılan minalar günahsız insanlarımıza zərər verir.
Mina terroru da terrorizmin başqa bir üzüdür".
Ə.Hüseynov bəyan edib ki, əfsuslar olsun ki, Ermənistanın "vəkilliyini" edən böyük dövlətlər və beynəlxalq təşkilatlar isə bu ölkənin Azərbaycana qarşı mina terrorunu davam etdirməsini görməzdən gəlirlər:
"Onlar Ermənistanın diversiya qruplarının Azərbaycan ərazilərində mina yerləşdirməsini pisləmək və "Minalara son!” demək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməyə üstünlük verirlər. Çünki beynəlxalq hüquq, ədalət anlayışları nə yazıq ki, artıq çoxdan deformasiyaya uğrayıb. Lakin hər şeyə rəğmən biz ermənilərin mina terrorunu ifşa etməyə, Ermənistanın havadarlarını fakt qarşısında qoymağa davam etməliyik.
Çünki hətta ən qatı ermənipərəst çevrələr və liderlər də təkzibedilməz faktlar qarşısında aciz qalanda geri çəkilməli və həqiqəti etiraf etməli olurlar. Biz son iki ildə dəfələrlə bunun şahidi olmuşuq. Odur ki, hücum diplomatiyamızı və əks təbliğatımızı eyni intensivliklə davam etdirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət
Kənan MM və Orxan Saffari polisə çağırıldı
18:37 19.02.2026
Cəmiyyət
Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB
18:30 19.02.2026
Hadisə
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
18:24 19.02.2026
Hadisə
Kaya Kallas Rusiyaya qarşı TƏLƏBLƏR SƏNƏDİNİ təqdim etdi
18:07 19.02.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:00 19.02.2026
Dünya
Leyen Qrenlandiyaya gedir
17:53 19.02.2026
Dünya
Kartofu niyə qabığı ilə yemək daha faydalıdır?
17:46 19.02.2026
Sağlamlıq
Müğənni Dəniz Əsədovaya ittiham elan edildi
17:39 19.02.2026
Şou