Ötən il qız uşaqlarına ən çox verilən ad Türkiyədə “Fatma”, Azərbaycanda isə "Melisa" olub
Türkiyədə ən çox istifadə olunan adların siyahısı açıqlanıb. Bəs 2025-ci ildə ən populyar adlar hansılar olub?
Sherg.az detallları təqdim edir...
Türkiyədə ən çox istifadə olunan adlar siyahısında “Mehmet” və “Fatma” 2025-ci ildə də liderliyini qoruyub saxlayıb. Son 8 ildə bu adları daşıyanların sayında təxminən 175 min nəfərlik azalma müşahidə olunsa da, ən geniş yayılmış “Yılmaz” soyadını daşıyanların sayı artıb.
Türkiyədə 2024-cü ildə ən geniş yayılmış soyad “Yılmaz”, kişi adı “Mehmet”, qadın adı isə “Fatma” olub. Həmin ad və soyadlar 2025-ci ildə də zirvədə qalmağa davam edib.
2025-ci ildə “Yılmaz” soyadını daşıyanların sayı 1 milyon 177 min 896 nəfər olaraq qeydə alınıb. “Kaya” soyadlıların sayı 899 min 722, “Demir” soyadını daşıyanların sayı isə 876 min 934 nəfər olub.
Ən geniş yayılmış digər 7 soyad və onları daşıyan şəxslərin sayı isə belədir: “Çelik” – 717 min 655 nəfər, “Yıldız” – 697 min 80 nəfər, “Şahin” – 688 min 214 nəfər, “Yıldırım” – 666 min 723 nəfər, “Öztürk” – 586 min 831 nəfər, “Aydın” – 581 min 387 nəfər, “Özdemir” – 556 min 378 nəfər.
Siyahının davamında “Arslan”, “Doğan”, “Kılıç”, “Aslan”, “Çetin”, “Kara”, “Kurt”, “Koç”, “Polat” və “Şimşek” kimi soyadlar da diqqət çəkib.
Ən çox istifadə olunan kişi adları
Türkiyə üzrə ən geniş yayılmış kişi adlarına baxıldıqda, “Mehmet” adı 1 milyon 271 min 896 nəfərlə siyahının ilk sırasında yer alıb. Bu adı 1 milyon 57 min 634 nəfərlə “Mustafa”, 857 min 105 nəfərlə isə “Ahmet” izləyib.
Bundan başqa, “Ali” adı 736 min 478 nəfər tərəfindən istifadə olunarkən, “Hüseyin” və “Hasan” adları müvafiq olaraq 571 min 822 və 531 min 386 nəfərlə ön plana çıxıb.
Siyahının davamında “Murat” – 527 min 648 nəfər, “Yusuf” – 526 min 127 nəfər, “İbrahim” – 505 min 52 nəfər və “İsmail” – 434 min 992 nəfərlə ən geniş yayılmış adlar arasında yer alıb.
Reytinqdə “Ömer”, “Ramazan”, “Osman”, “Abdullah”, “Fatih”, “Emre”, “Halil”, “Hakan”, “Süleyman” və “Adem” kimi adlar da diqqət çəkib. “Metin” isə ən çox istifadə olunan 30-cu ad olub.
Ən çox istifadə olunan qadın adları
Türkiyədə ən geniş yayılmış qadın adı “Fatma” olub. Bu ada sahib 1 milyon 152 min 158 nəfər var. Bu adı 906 min 873 nəfərlə “Ayşe”, 776 min 708 nəfərlə isə “Emine” izləyib.
Bununla yanaşı, “Hatice” adı 709 min 426 nəfər, “Zeynep” adı isə 707 min 953 nəfər tərəfindən istifadə olunur.
“Elif” adını daşıyanların sayı 556 min 208 nəfər olaraq qeydə alınıb. “Meryem”, “Merve”, “Zehra” və “Esra” adları isə müvafiq olaraq 320 min 576, 293 min 380, 268 min 716 və 248 min 211 nəfərlə ən yayğın adlar sırasında yer alıb.
Siyahıda “Özlem”, “Büşra”, “Yasemin”, “Melek”, “Hülya”, “Kübra”, “Sultan”, “Dilek”, “Leyla” və “Rabia” adlarının da geniş istifadə olunması diqqət çəkib.
“Mehmet” və “Fatma” adlarında azalma
Statistikaya görə, 2018-ci ildə Türkiyədə 1 milyon 361 min 958 nəfərin daşıdığı “Mehmet” adı hər il mərhələli şəkildə azalaraq 2025-ci ildə 1 milyon 271 min 896 nəfərə düşüb. Beləliklə, son 8 ildə bu adı daşıyanların sayı 90 min 62 nəfər azalıb.
Qadınlar arasında ən geniş yayılmış “Fatma” adında da oxşar vəziyyət müşahidə olunub. Rəsmi məlumatlara görə, 2018-ci ildə 1 milyon 235 min 828 nəfərin daşıdığı “Fatma” adı 2025-ci ildə 1 milyon 152 min 158 nəfərə enib. Bu adda azalma isə 83 min 670 nəfər təşkil edib.
Adlarda müşahidə olunan bu azalmanın əksinə olaraq, Türkiyənin ən geniş yayılmış soyadı olan “Yılmaz”ın sayında sabit artım qeydə alınıb.
Məlumatlara əsasən, 2018-ci ildə 1 milyon 134 min 443 nəfərin daşıdığı “Yılmaz” soyadı, ötən müddətdə 43 min 453 nəfər artaraq 2025-ci ildə 1 milyon 177 min 896 nəfərə çatıb.
2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası isə belədir:.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.
Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).
Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.