Ən maraqlı hissədə kitabı bağlayanda...
Ən maraqlı hissədə kitabı bağlayanda...
11:20 30.05.2024
Cəmiyyət
451
Bu günlərdə iki müxtəlif insandan eyni fikri eşitdim: "Nədənsə, oxuduğum kitabı ən maraqlı yerində yarımçıq qoymaq, qalanını sonra oxumaq istəyirəm".
Həmin iki nəfərdən birinin "Sizdə də belə olur?" sualına, bəlkə də, onun üçün qeyri - müəyyən hesab olunacaq cavab vermişdim:
- Maraqlı anlarımızı həmişə sonraya saxlamağa çalışırıq.
Sonra da fikrimi izah etməyə çalışmışdım.
Əslində, doğrudan da, belədir. Çoxumuz belə edirik: ən maraqlı, həyacanlı anları sonraya saxlamağa çalışırıq. Əgər biri ilə görüşəcəyiksə və bunun bir daha təkrarlanmayacağını biliriksə, tərəddüd edirik. Öz - özümüzdən soruşuruq: "Bəlkə, sonraya qalsın?".
Və ya başqa bir ölkəyə səfər imkanımız varsa, bəzən onu da təxirə salırıq. Sonra olmasını istəyirik. Bu, təxminən ən sevdiyimiz paltarı ən xüsusi vaxtlarda geyinməyə, ən xoşladığımız qələmi ən vacib işlər üçün istifadə etməyə bənzəyir.
Səbəblər eynidir: Birincisi, eyni hisslərin təkrarlanmayacağını bilirik. Ona görə də tələsməkdən qorxuruq. Bu hissə, emosiyaya sonra daha çox ehtiyacımız ola biləcəyini düşünürük.
İkincisi, özümüzü sehrli güc sahibi kimi hiss edirik. Bilirik ki, fürsəti dəyərləndirmək də, dəyərləndirməmək də öz əlimizdədir. Və başa düşürük ki, kitabın həmin səhifələrini oxumaqla, görüşə getməklə, səfərə çıxmaqla əslində "sehrimizi" də itirəcəyik. Elə buna görə də tərəddüd edirik.
Hərçənd mən həmişə anı yaşamağın tərəfdarı olmuşam. Sabahlara çox da bel bağlamamışam. Həmin adamlara da dedim: imkan varsa dəyərləndirmək lazımdır. Əgər ilahi qüvvə indi bu fürsəti qarşına çıxarıbsa, deməli, bilir ki, sənin indi məhz ona ehtiyacın var.
Unutmadan, bəzən bir cümlə, bir epizod insanın həyatını dəyişə bilir. Odur ki, kitabları ən maraqlı yerində bağlamayın. Bəlkə də, uzun müddətdir axtardığınız sual məhz növbəti sətrdədir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya