“Ərdoğanın Şuşaya səfərindən təbii bir şey yoxdur”
Banuçiçək Kalbalıyeva
16:12 01.04.2021
Cəmiyyət
646
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək. O, bu barədə Türk Şurasının dünən baş tutan Zirvə toplantısında danışıb. R.T.Ərdoğan qeyd edib ki, səfər Ramazan bayramından sonraya planlaşdılır. Əlbəttə, sözügedən səfər bizi məmnun etməklə yanaşı, həm də düşmənə növbəti göz dağı olacaq.
Bizi istəməyənlər Azərbaycan və Türkiyənin xeyirdə də, şərdə də birlikdə olduqlarını yenə görəcəklər.
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Türkiyə dövlət başçısının Şuşaya planlaşdırdığı səfəri barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, bu, heç də təəccüblü deyil:
“Yatmış təfəkkürlü insanlar Azərbaycanla Türkiyənin bir millətin iki dövləti olduğunu bilməlidirlər. Bunu dövlətlərimizin rəsmiləri, o cümlədən rəhbərləri də daim nəzərə alırlar. Müharibə göstərdi ki, tarix və taleyimiz bir-birimizin daxilindəki ictimai-siyasi proseslərə biganə yanaşmadığımız səviyyədədir. Müharibə dövründə Türkiyə hər an bizə mənəvi dəstək verdi, Prezident Rəcəb Tayyib Ərdoğan ölkə başçımızın həyəcanını bölüşdü. Qardaş ölkənin media mənsubları ölkəmizdə oldular, “qaynar nöqtə”lərdən reportajlar hazırladılar. Odur ki, Ərdoğanın Şuşaya səfərindən daha təbii bir şey yoxdur. Əlbəttə, onun mənəvi dəstəyi ilə azad etdiyimiz Şuşada olması lazımdır. Üstəgəl, Ərdoğan Şuşanın Azərbaycan tarixindəki yerini, həmin ərazinin bizim mədəniyyət paytaxtı olduğunu bilir.
Ona görə də gəlməlidir. Və özünün dediyi kimi, Türkiyə bundan sonrakı proseslərdə-sülh dövründə də yanımızda olacaq, bərpa işlərində yaxından iştirak edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya