
Erkən nikahların sayı artır
Erkən nikahların sayı artır
Yusif Nəzərli
09:24 29.09.2022
Cəmiyyət
480
Əhməd Qəşəmoğlu: “30 ildir bununla bağlı SOS siqnalı verirəm, baxan yoxdur”
“İcra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var, heç biri işləmir”
Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddia edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ barədə araşdırma aparıldığını deyib.
Sosioloq Əhməd Qəşəmoğlunun “Şərq”ə açıqlamasına görə, mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: “Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb. Bəs, niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır.
Problemin kökündə təkcə iqtisadi faktor dayanmır. İllərdir ki, bu problemlə mübarizə aparırıq. Əlbəttə ki, məsələ ilə bağlı qanun var, lakin həmin qanunlar yetərincə işlədilmir. Bütün bunlar qanun, bələdiyyə, polisin gözü qarşısında baş verir. Daha bir məsələ, cəmiyyətin biganəliyidir. Erkən nikahların baş verdiyi yerdə camaat, əhali buna hazırlanmalıdır, polislərlə, bələdiyyələrlə, eyni zamanda ata-analarla, məktəblərlə ayrıca işlər aparılmalıdır. Bütün bunlar kompleks şəkildə təşkil olunmalıdır. Bu gün icra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var. Amma onların heç biri işləmir.

30 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla, bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə rayonlarda bu cür halların qarşısını almağa nail ola bilmişik. Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil.
Bəzi valideynlər deyir ki, “əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim”. Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol