"Erməni kartı" puç oldu ! - "Böyük Ermənistan" mifi dağıdıldı
Banuçiçək Kalbalıyeva
09:57 06.04.2021
Cəmiyyət
529
“Azərbaycan cəmiyyətinin əslində Qarabağ məsələsinə baxışı doğru deyil. Doğru olmayan nədir? Məsələ ondadır ki, biz Qarabağ məsələsini Azərbaycan-Ermənistan münaqişəsi kontekstindən çıxarıb, daha böyük problem olan Rusiyanın geopolitik maraqları səviyyəsinə qaldırırıq. Bu maraq səviyyəsi nə Azərbaycan, nə də Ermənistan üçün qarşı qoyulması mümkün olmayan məsələdir. Biz nə vaxtdan Rusiyanın geopolitik maraqlarına mane olan ölkə olmuşuq”?.
Bu sözləri BAXCP sədrinin müavini, politoloq Azər Qasımov yazıb.
O, “Sherg.az”a açıqlamasında mövqeyini belə izah etdi:
“Cənubi Qafqaz regionu daxil Rusiyaətrafı ölkələr birlikdə belə, bu proseslərə təsir etmək gücündə olmadığı halda, bizim 44 günlük müharibədən sonra Ermənistana qarşı əldə etdiyimiz əzici qələbəni Rusiyanın sülhməramlı qüvvələrinin heçə endirməsi cəhdi yersizdir. Azərbaycanın qələbəsini daha da möhkəmləndirən faktor Rusiyanın geopolitik maraqlarına rəğmən bunu etməsidir. Azərbaycanın Ermənistanla bütün parametrlərdə müqayisədə üstünlüyü məlum olsa da, uzun illər torpaqlarımızı işğalda saxlaması baxımından bu müqayisənin bizə verdiyi üstünlük, heç də düşmənin zəif olması fikrini formalaşdırmır.
Eyni zamanda ona qarşı qazanılan qələbənin mahiyyətini azaltmır. Biz bu qələbəyə gedən yola "vətən müharibəsi" adı qoymuşuq. Beləliklə, dünya miqyasında "erməni kartı" məsələsinin puç olması, "böyük Ermənistan" mifinin dağıdılmasına nail olmuşuq. Ona görə qələbəmizin Moskvanın maraqları ilə qarışdırılması doğru deyil.
Qələbə öz yerində, Kremlin geopolitik maraqları başqa yerdə. Biz əbədi düşmənimiz üzərində mütləq qələbə çalmışıq və bunun qürurunu yaşamalıyıq. Şimal qonşumuzun geopolitik maraqları qarşısında duruş gətirə bilməyimiz isə zamanın və tarixin öhdəsindədir və burda bizim zəif görünməyimiz hegemon dövlətlərin zəifliyidir, bizim yox!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya