Ermənistan ordusu “qocalır”: “60 yaşlı adamdan...”
Banuçiçək Kalbalıyeva
09:44 20.04.2021
Cəmiyyət
575
“...İdman və başqa normativlər gözləmək mümkünsüz və məntiqsizdir”
“Çünki 60 yaşındakı şəxs heç vaxt 20-25 yaşındakı gəncin fiziki göstəricilərinə malik ola bilməz”
Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular 63 yaşa qədər ordu sıralarında qala biləcək. Ölkə parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu” qanun layihəsində bəzi dəyişikliklər qəbul edilib. Müvafiq dəyişikliklərdə hərbçilərin yaş həddi orta hesabla beş il artırılıb. Beləliklə, sıravi hərbçilər və gizirlərin orduda xidmət üçün son yaş həddi 55-ə, aşağı rütbəli zabit heyəti üçün 57-ə, mayor və polkovnik-leytenantlar üçün 60-a, polkovnik və yüksək rütbəli zabitlər üçün isə 63-ə qədər artırılıb.
Hərbi ekspert Ədalət Verdiyev sözügedən qərarı “Sherg.az”a şərh etdi:
“Ermənistan ordusunda 25 minə yaxın vakant yer var. Üstəgəl, gənclərin hərbi xidmətə cəlb edilməsində problemlər mövcuddur. Odur ki, bu qərar vətəndaşların daha geniş miqyasda orduya cəlb edilməsi, silahlı qüvvələri komplektləşdirmək məqsədi daşıyır.
Əlbəttə, qərar həyata keçirilə bilər. Lakin nə qədər səmərə verəcəyini, effektiv olacağını deyə bilmərəm. Çünki 60 yaşındakı adam heç vaxt 20-25 yaşındakı gəncin fiziki göstəricilərinə malik ola bilməz.
Bilirsiniz ki, orduya cəlb edilmə prosesində müntəzəm olaraq idman normativləri yerinə yetirilir. 60 yaşındakı birindən bunu gözləmək mümkünsüz və məntiqsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə