Ətin satılması şəriətə uyğun deyil - İmam
Yusif Nəzərli
06:50 16.06.2024
Cəmiyyət
508
Bəzi ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil.
Sherg.az xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:
“Bu bayramda insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər - bir hissəsi özünə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir”.
Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında “satışda qurban əti var” adı ilə vurulan elanlara münasibət bildirib:
“Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, qoyunu kəsəndən sonra ətini satırlar. Bu, şəriətə uyğun deyil və qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman buna məcbur deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm