Əxlaqsızlar, tərbiyəsizlər, özlərini psixoloq kimi qələmə verir - Psixoloq Elmir Əkbər

Cəmiyyət ciddi təlatüm içindədir, vəziyyət daha da pis olacaq

"Psixologiya peşəsi sosial şəbəkələrdə ayaqlar altına atılıb. Cəmiyyət saxta məsləhətçilərin təsiri altındadır"

Müğənnilər də “psixoloqluq” edir. Nura Suri yeniyetmələr arasında yaşanmış məlum olayla bağlı şəxsi düşüncələrini dilə gətirirək sosial şəbəkədə paylaşıb. Müğənni xanımın rəyindən belə anlaşılır ki, uşaq dalaşa-dalaşa böyüyür. Deyəsən, Nura Suri “uşaq yıxıla-yıxıla böyüyər” el məsələ ilə bu situasiyanı qarışıq salıb.

Müğənninin sözündən belə çıxır ki, nə olsun, uşaqlar dalaşıb, bu gün dalaşarlar, sabah barışarlar. Xanım müğənnini yenuyetmələrin aqressyasının haradan, nədən qaynaqlandığı isə maraqlandırmır. “Oğlan uşaqları dava eləyə-eləyə böyüyərlər. Onları söyərək, təhqir edərək heç nə əldə etmək olmaz”, deyən Nura Surini yeniyetmələrin aqressyasının haradan, nədən qaynaqlandığı isə maraqlandırmır. Və o, bununla bağlı heç bir məsləhət, tövsiyə də verə bilmir. Sadəcə, deyir ki “uşaqları rahat buraxın, yəni, qoyun kim kimi döyürsə, döysün, axırda barışacaqlar”. 

Psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında bildirdi ki, cəmiyyətimizdə hazırda böyük bir təlatüm yaşayırıq. Getdkcə daha da pis olacaq və olur. İnsanlar psixlogiya kimi insan ruhunu öyrənən elmi ciddiyə almırlar. Falçıya gedirlər, cadugərələrə müraciət edirlər, müğənnilərin “məsləhətinə” qulaq asırlar. Nəticə də göz qabağındadır: 

- Bu kimi hadisələr insanlaraın psixoterapiyanı görməzdən gəlmələrinə görə baş verir. Mən əminəm ki, həmyaşıdına qarşı bu cür zorakı davranan uşaqların valideynlər heç vaxt onları psixoloqa aparmayıblar. Övadlarının aqressiyasının səbəbini öyrənməyə cəhd etməyiblər, bununla maraqlanmayıblar. Hesab ediblər ki, uşaqdır, həyətdə, məhəllədə dalaşa da bilər. Necə ki, xanım müğənni buna adi baxır, sakit, təbii qarşılayır. Azərbaycanda psixo-terapevt kimdir, bilinmir. Dələduzlar, fırıldaqçılar özlərini psixoloq adlandırır, psxiloqlar da özlərini psixoterapevt hesab edirlər. Hər yerindən duran da rəy bildirir, sanki mütəxəssisdir. Sosial şəbəkələrdə əxlaqsızlar, tərbiyəsizlər, özlərini psixoloq kimi qələmə verir. İnsanlar da mütəxəssislərin deyil, kim daha maraqlı şərh verirsə, qeyri-adi fikir bildirirsə, onun ardınca gedir. Hər kəs öz yerində olsun, amma ekspert rəyi ancaq mütəxəssisə məxsus ola bilər. Rəy bildirmək peşəkara mənsubdur. İnsanların fikirlərini çaşdırmaq, yayındırmaq olmaz. İndi layk, baxış sayı önəmli olub. Əhali də hansı videoları izləyir, baxış sayı çox olanları. Elə həkimlər var həkimlik peşəsini unudub layk ardınca qaçır, efirə aid olmayan söhbətlər danışır, lazım olmayan məqamları vurğulayırlar. İntim əlaqənin incə detallarını açq şərh edirlər feysbukda, Tik-tokda, elə şərhlər verirlər, mən şok oluram. Yəni baxış sayı bu qədər önəmlidir ki həkimlik, psixlogiya kimi müqəddəs sənətin diplomlarını ayaqlayıb keçirlər?! Təəəsüf hissi keçirirəm. Dövlət oranqanları bunlarla məşğul olmalıdır. Fırıldaqçılarla bağlı ciddi ölçü götürülməlidir. Ümumi portal olmalıdır. Və orada hər bir ixtisas sahibi ixtisasını, peşəsini qeyd etməlidir. Hər kəsin hər hansı mövzuda fikri, özünün yanaşma tərzi ola bilər, amma elə məsələlər var, yalnız sahə üzrə mütəxəssislər rəy bildirməlidir.