FACİƏ! "Briqadir” Quranı "öyrənib" mollalıq edir
Turan
03:22 06.05.2021
Cəmiyyət
739
Şərqşünas deputat Sabir Rüstəmxanlının və digər millət vəkillərinin narahatlıqlarını bölüşür
"Bu cür cəhdlər Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Çünki ideoloji baxımdan din özü də müqavimət gücüdür"
Parlamentin ötən gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə çərçivəsində çıxış edən deputatlar dini sahədəki mövcud problemlərdən danışıb, şahidi olduqları neqativ halları gündəmə gətiriblər. Millət vəkilləri əsasən, “din xadimi” adına iddialı məhəllə mollalarının cahilliyindən və təhlükəli yanaşmalarından gileyləniblər. Deputat Sabir Rüstəmxanlı bildirib ki, mollaların bir hissəsi azərbaycanlı təsiri bağışlamır.
Onun sözlərinə görə, sanki bəzi mollalar fars dilində düşünür və danışırlar: “Onlara bu haqqı kim verib? Dini kadrların seçilməsinə son dərəcədə ciddi yanaşılmalıdır. Kim orta məktəbi yaxşı oxuya bilmirsə, hətta əlifbadan xəbərsizdirsə, “Yasin”i köçürür latın qrafikasına və gedib durur qəbiristanlığın ağzında. Yaxşı söz var: “Din qılıncdır, dövlət qındır”.
Dövlət də gərək o qılıncı qında qorusun, qılınc qını kəsməsin. Biz Azərbaycanın milli maraqlarının təmin olunmasına çalışmalıyıq”. Parlament üzvü təəssüflə qeyd edib ki, məscidlərimizdəki mollaların bir çoxu oranı qonşu ölkələrin təbliğat meydanına çeviriblər: “Elə bil Azərbaycanın öz dərdi yoxdur, onlar ancaq ərəb və fars mifologiyasının təbliğatı ilə məşğul olur. Ziyalılarımız yüksək səviyyədə öz dinimizə sahib çıxmalıdır”. S.Rüstəmxanlının bir neçə həmkarı da onunla həmfikir olduqlarını deyiblər.
Milli Məclisdə gündəmə daşınan problemlə bağlı “Şərq”ə danışan şərqşünas-alim, Qarabağ Seyid Ocaqlarının rəhbəri, “Space TV”də “İnam” verilişinin aparıcısı Seyid Camal Əzimbəyli deyib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkənin dini mühitində boşluq yarandı. Ekspertin sözlərinə görə, həmin boşluqdan məharətlə istifadə edənlər oldu:
“İslamın təməl prinsiplərinə əsla aidiyyəti olmayan bir qrup işbaz din sahəsini özləri üçün qazanc mənbəyinə çevirdilər. Digər tərəfdən Azərbaycanın dini mühitində yad təsirlərin, başqa ölkələrin dini dairələrinin oturuşmuş bir şəbəkəsi də formalaşdı. Bu faktı heç kim dana bilməz. Hər zaman söyləmişik ki, Azərbaycanın dini mühitində dini kimliklə bərabər, milli kimliyin də vəhdətini yaşayan, milli məfkurə və şüur sahiblərinin olması çox vacibdir. Bu, dövlətçiliyimizin bütövlüyünə ən böyük xidmətdir. Cənab Prezidentimiz tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində İlahiyyat İnstitutu yaradılıb. Həmin İnstitutda araşdırmaçı-şərqşünas kimi daim təmasda olduğum və tez-tez “İnam” proqramına dəvət etdiyim potensial kadrlar fəaliyyət göstərir. Amma nəzərə alaq ki, İlahiyyat İnstitutu yeni yaradılıb. Hardasa, 2-3 il sonra orada yetişən tələbələr dini sahədəki boşluğu müəyyən mənada dolduracaqlar”.
Şərqşünas vurğulayıb ki, deputat Sabir Rüstəmxanlını və digər millət vəkillərinin narahatlıqlarını bölüşür:
“Məsələ ondadır ki, rayon və kəndlərdə yas mərasimlərini aparan şəxslərin Ruhanilər İdarəsinə dəxli yoxdur. Hansısa kənddən “münasib” bir adam tapırlar. Baxırsan ki, əvvəllər sürücü işləyib, yaxud pampıq sahəsində “briqadir” olub, ömrünün ahıl çağında isə “Quran”ı azərbaycanca öyrənərək “fəaliyyətə” başlayır. Yerlərdəki yas mərasimlərində din adına iddia edən bu cür “xadimlər” var.
Belə şəxslər dini qaydaların insanlara doğru-dürüst çatdırılmasına böyük əngəl törədir. Həm yad təsirlərdən mühafizə olunmaq üçün çalışmalıyıq, həm də bir sıra xarici ölkələrdə dini təhsil almış bəzi şəxslərimizin kənar dini şüurlarını Azərbaycan mühitinə sırımasına imkan verməməliyik. Bu cür cəhdlər Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir.
Çünki ideoloji baxımdan din özü də müqavimət gücüdür. Qarşısını almağın yolu da elmi maarifləndirmədən keçir. Hesab edirəm ki, dini maarifləndirməni 30-40 faiz həyata keçirə bilirik. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. İlahiyyat institutunun kadrları çoxaldıqca, milli kimlikləri, dövlətə bağlılıqları gücləndikcə, “mollalar” tədricən Azərbaycanın dini mühitindən çəkiləcək.
Amma bəzi məqamlara görə narahat olmağa dəyər. Yaxşı olar ki, ilk növbədə aydınlarımız, ziyalılarımız öz məclislərində din adına iddia edən işbazların fəaliyyətinə imkan verməsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm