ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçirilən “Porto” – “Mançester Siti” matçının fasiləsində insident yaşanıb.

Teleqraf xəbər verir ki, “Porto” rəsmilərindən biri “Mançester Siti”nin qapıçısı Markus Bettinellini tuneldə itələyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

İnsident zamanı “Mançester Siti”nin müdafiəçisi Ruben Diasın “Porto”nun meneceri Françesko Fariolini itələdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, münaqişənin qarşısını almaq üçün hakimlər və stadionun təhlükəsizlik əməkdaşları müdaxilə etməli olublar.

Qeyd edək ki, qarşılaşma İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.