Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür

"TRIPP kimi layihələrdə müxtəlif tərəflər var, əsas danışıqlar Ermənistan və ABŞ arasında keçirilir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür”.