İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb

İsrailə xaricdən qayıdan vətəndaşların sayı 2025-ci ildə 58 faiz azalıb. Hazırda təxminən 1 milyon israillinin xaricdə yaşadığı bildirilir.

Sherg.az xəbər verir ki, bu barədə İsrail parlamentinin Miqrasiya, İnteqrasiya və Diaspor Məsələləri Komissiyasının iclasında açıqlanan məlumatlarda bildirilib.

Məlumata görə, 2009-cu ildə 10 min 903 israilli ölkəyə qayıtdığı halda, 2025-ci ildə bu rəqəm 4 min 483 nəfərə düşüb. 2005-2024-cü illərdə isə ölkəyə qayıdanların ümumi sayı təxminən 141 min nəfər olub.

Komissiyanın sədri Gilad Kariv hökuməti xaricdə yaşayan israillilərin ölkəyə qayıtmasını təşviq edən siyasət yürütməməkdə ittiham edib. O, geri dönüşü stimullaşdırmaq üçün beşillik plan hazırlanmasına çağırıb.

Təl-Əviv Universitetinin professoru Itay Atir isə İsraili tərk edən həkimlərin sayında artım, ölkəyə qayıdanların sayında isə azalma müşahidə edildiyini bildirib.