
"Fala inanma, falsız da qalma": İslam dini falçılığı haram buyurub -Sosioloq
10:22 29.08.2024
Cəmiyyət
739
Tacikistanda falçılıqla məşğul olan şəxslərin xidmətlərindən istifadə edənlər cəzalandırılacaq.
APA-nın “AsiaPlus” saytına istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırmaların nəticəsində mütəmadi olaraq müəyyən məbləğ qarşılığında bu cür şəxslərə müraciət edən 150 nəfərlə bağlı müvafiq tədbirlər görülüb.
Bundan əlavə nazirlik həmin insanlar haqqında informasiyanın yer alacağı məlumat bazasının yaradılmasına qərar verib.
Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a söyləyib ki, bu cür məsələlərə nəzarət edilsə, yaxşı olar:

“Hər zaman deyirəm ki, bir tərəfli yanaşma doğru deyil. Yəni tək məhdudiyyət qoymaq düzgün olmaz. Həm maarifləndirmə, həm də qadağalar tətbiq edilməlidir. Tək maarifləndirmə olanda da nəticəsi olmayacaq. Çünki hər kəs bir qulaqdan alıb, digər qulaqdan ötürəcək. Yalnız qadağa olsa isə xeyli gərginliklər yaranacaq. İnsanlara həm izah edib başa salmaq, həm də müəyyən qadağalar qoymaq lazımdır. Məsələn, bir neçə şəxsə izah etmişəm ki, falçı yanına getmək doğru deyil. Bu mənada insanlara izah etmədən, aydınlıq gətirmədən qadağa qoymaq doğru deyil. İslam dini falçılığı haram buyurub. Falçılar guya bizim energetik sistemimizə hər hansı yol ilə daxil olurlar. Energetik sistemə daxil olduqda isə sistemi qarışdırır. Həmin an insana maraqlı bir söz deyəndə 1 faiz xeyir gəlirsə, 99 faiz ziyan gəlir. Bu kimi məsələləri izah etmək, fərqləndirmək lazımdır. İnsanlar bilməlidir ki, dində boş yerə qadağa yoxdur. Ümumiyyətlə cəmiyyətimizdə maarifləndirmə çox aşağı səviyyədədir. Ona görə də kəskin qadağa olduqda cəmiyyətdə etirazlar yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual