"Fitrə zəkatının pulla hesablanmış məbləği maddi imkandan asılı olaraq adambaşına 3-15 manat arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri isə ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm, günümüzün reallıqları nəzərə alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insanın nəyə ehtiyacının daha çox olduğunu bildiyimiz halda isə buna uyğun pulla istədiyimiz ərzağı və ya başqa əşyanı ala bilərik. Fitrə zəkatının çıxarılması, buna maddi imkanı çatan şəxslərə aiddir. Fitrə zəkatı çıxaranlar isə onu mütləq imkansız insanlara verməlidirlər. Fitrə zəkatının verilmə vaxtı Ramazanın sonuncu günü, ən geci bayram namazına qədərdir. Yəni sabah – Ramazanın 30-cu günü verilməlidir".
Fitrə pulu necə hesablanır?
10:24 09.04.2024
Cəmiyyət
1127
Məbləğ maddi imkandan asılı olaraq adambaşına 3-15 manat arası dəyişə bilər
Ramazan ayının vacib əməllərindən olan fitrə zəkatının məbləği, verilmə qaydası daim müzakirə və mübahisə predmetidir. Buna səbəb fərqli məzhəblərin məsələyə fərqli yanaşmasıdır. Bir məzhəbə görə fitrə zəkatı yalnız ərzaqla verilməlidirsə, digər məzhəblər fitrə zəkatının veriləcək ərzağın dəyəri miqdarında pulla ödənilməsini məqbul sayır. Belə olduğu halda ehtiyaclı birisinə sidqi ürəklə, qəlbən, onun ehtiyacını qarşılayacaq miqdarda fitrə zəkatı verməyə çalışmaq ən doğru seçimdir. Bunu da nəzərə alaq ki, Azərbaycanda dini və şəri hökmləri öhdəsinə götürən Qafqaz Müsəlmanları İdarəsi var. Və hər il idarə Ramazan ayının başlanma və bitmə tarixlərini, həmçinin də fitrə zəkatının miqdarını, verilmə qaydalarını elan edir. Mübahisələrə son qoyulması üçün ən doğrusu QMİ-yə istinad etməkdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı təbrikində fitrə zəkatının miqdarını açıqlayıb: "Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".
Şəri qaydalara görə, fitrə zəkatı 3 kiloqram ərzaqla hesablanır. Bu, buğda, arpa, xurma, kişmiş, düyü və ümumiyyətlə, ən çox istifadə olunan ərzaq məhsulları və ya bu ərzaqlardan hər hansı birinin dəyəri miqdarında nağd pul şəklində verilə bilər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəklində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10 manat fitrə çıxarılması məqsədəuyğun elan edilib. Lakin bu, qəti hökm deyil. Fitrə zəkatı hər bir insanın, ailənin maddi durumuna bağlı məsələdir həm də. Kimsə, “mütləq adambaşına, hər ailə üzvünə görə 10 manatdan hesablayın”, kimi bir şərt qoymur. Burada maddi durum önəmlidir. İmkanı çatan şəxs 10-15 manatdan hesablaya bilər, daha az imkanı olan 3-4 manatdan. Zatən, fitrə zəkatı imkansızlara verilməlidir. Yəni imkansız şəxsin fitrə zəkatı çıxarmaq öhdəliyi yoxdur. Əksinə, imkansız şəxsə fitrə zəkatı verilməlidir ki, belə şəxslər də mübarək bayramı qeyd edə bilsinlər, ocaqda qazanları qaynasın.
Fitrə zəkatı əsasən, imkansızlara, fəqirlərə, kasıblara verilməlidir", - deyə o qeyd edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov məsələyə aydınlıq gətirib:
"Fitrə zəkatının pulla hesablanmış məbləği maddi imkandan asılı olaraq adambaşına 3-15 manat arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri isə ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm, günümüzün reallıqları nəzərə alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insanın nəyə ehtiyacının daha çox olduğunu bildiyimiz halda isə buna uyğun pulla istədiyimiz ərzağı və ya başqa əşyanı ala bilərik. Fitrə zəkatının çıxarılması, buna maddi imkanı çatan şəxslərə aiddir. Fitrə zəkatı çıxaranlar isə onu mütləq imkansız insanlara verməlidirlər. Fitrə zəkatının verilmə vaxtı Ramazanın sonuncu günü, ən geci bayram namazına qədərdir. Yəni sabah – Ramazanın 30-cu günü verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm