Gənclərimiz zərərli və zəhərli ideologiyalarla üz-üzədir
Yusif Nəzərli
01:28 06.04.2023
Cəmiyyət
949
Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir
“Davamlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Əks halda bu günün gəncliyi gələcəkdə bizim olmayacaq”
Son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir. Həm Şərqin, həm də Qərbin Azərbaycan gəncliyi ilə bağlı çox ciddi və məkrli planları var. Bütün bunlar ölkəmizin gənclər siyasətinə yenidən baxılmasını, bu cür təhdidlərə qarşı yeni strategiyaların və konsepsiyaların hazırlanmasını labüd edir. Belə davam etsə, gələcəkdə bu təhdid və təhlükələrin miqyası daha da artacaq. Azərbaycan gəncliyi ciddi qopuqluq yaşayaraq, milli kimliyindən və milli-mənəvi dəyərlərindən daha da uzaqlaşacaq.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, hazırkı vəziyyətdə həm ailələrimizin, həm də dövlət qurumlarının üzərinə ciddi vəzifələr düşür.
Deputatın sözlərinə görə, bu, bir reallıqdır ki, müasir dövrdə ailə institutu üzərinə düşən əksər vəzifələrin öhdəsindən müxtəlif səbəblərdən layiqincə gələ bilmir:
"Bu gün övladlarımızı daha çox yaşadığımız mühit, televiziya və sosial şəbəkələr tərbiyə edir. Belə olduğu halda dövlət qurumlarının üzərinə daha çox vəzifə düşür. Ancaq bütün hallarda ailələr də övladlarının sağlam tərbiyəsi üçün ciddi-cəhdlə çalışmalıdırlar. Bu gün tərbiyəsinə önəm verə bilmədiyimiz və vaxt ayıra bilmədiyimiz gənclik sabah bizim olmayacaq.
Bu məsələdə Elm və Təhsil, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox mühüm vəzifələr düşür. Çox geniş miqyasda maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Həm gənclər, həm də valideynlər arasında. Xüsusilə də bölgələrdə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var.
Məktəblərimizdə, məscidlərimizdə, kinoteatrlarımızda, televiziyalarımızda, mediamızda və idman klublarımızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə xüsusi həssaslıqla yanaşılmalıdır. Davamlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Əks halda bu günün gəncliyi gələcəkdə bizim olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya