Geri qalırıq ! “Rəqəmsal transformasiyanı sürətləndirək!”
Banuçiçək Kalbalıyeva
10:05 06.04.2021
Cəmiyyət
652
“Son günlər ölkənin nəqliyyat sektorunun idarəetməsində ciddi islahatlar aparılır. Korporativ idarəetməyə hazırlıq görülür, yeni tənzimləmə mexanizmləri yaradılır. Güman etmək olar ki, yaxın zamanlarda telekommunikasiya və internet təminatı sahəsində də ciddi islahatlar aparılacaq. Rəşad Nəbiyevin nazir təyinatı zamanı bu istiqamətdə ilkin rəsmi mesajlar da verilmişdi”- Bunları “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O. Gündüz bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: ““Aztelekom” və “Baktelekom” kimi nəhəng dövlət operatorlarının, sektordakı digər kommersiya ilə məşğul olan dövlət MMC-lərin Holdinq idarəetməsinə verilməsindən sonra sektorda tənzimləyici dövlət qurumunun yaradılması qaçılmazdır.
Bildiyim qədər NRYTN-də İKT sektorunun, bütövlükdə rəqəmsal sektorun inkişafı üçün daha münbit şəraitin yaradılması, daha effektiv və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması üçün ciddi işlər aparılır.
Dünya təcrübəsində, elə qonşu ölkələrin təcrübəsində müxtəlif tənzimləmə formalarından istifadə ilə bağlı uğurlu nümunələr var. Ümid edək, bizdə də İKT sektorunun inkişafı üçün daha çevik və effektiv mexanizmlərə söykənən, daha müstəqil olan və kommersiya maraqları olmayan tənzimləyici dövlət qurumu formalaşdırılacaq. Məncə, hazırda ölkədə rəqəmsal transformasiya sahəsində yeni yanaşmalar ortaya qoyulmalıdır. Bununla bağlı ilk növbədə konseptual bir sənədə, “Rəqəmsal Azərbaycan” Konsepsiyasına, Yol Xəritəsinə ehtiyac var”.
Ekspertin fikrincə, lazımi addımların atılmasında operativliyə ehtiyac var:
“Təəssüf ki, hazırlanması ilə bağlı uzun müddət öncə göstərişlər verilsə də, bir sıra digər konseptual sənədlər, o cümlədən “İnnovasiyaların inkişafı strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Konsepsiyası ”, “Elektron hökumətin inkişafı” dövlət proqramı , “Regional elektron hökumət Konsepsiyası” və s. sənədlərin layihələri hələlik ortaya çıxarılmayıb. Bu istiqamətdə daha çox ləngimələr müşahidə olunur. Nəzərə almaq lazımdır ki, digər ölkələr, qonşu ölkələr də “yatmayıblar” və bu istiqamətdə çalışırlar. Fikrimcə, ölkədə rəqəmsal transformasiyaya təkan verə biləcək addımları sürətləndirmək çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual