“Çimərliklərin vətəndaşlar tərəfindən təhlükəsiz ziyarəti üçün mexanizm işlənməlidir. İnsanlara günəş vannası lazımdır ki, D vitamini sayəsində immunitet təbii yolla artsın. Yoxsa bu qış ODS xəstəlikləri arta bilər, COVID-19 təkrarlanan dalğaları ilə də qarşılaşa bilərik. Bu vəzifənin icrasının aşağıdakı versiyasını təklif edirik: "DƏNİZ" xüsusi portalı yaratmaq üçün ASAN Xidmətin təlimatlandırılması.
Hamının immuniteti zəifləyib
Məlahət Rzayeva
08:41 23.07.2020
Cəmiyyət
668
Millətə çimərlik lazımdır, yoxsa qışda xəstəliklər artacaq
Hüquq müdafiəçisi qeyd edir ki, bu məsələnin həlli “ASAN Xidmət”ə tapşırılmalıdır
Mütəxəssislər israrla bildirir ki, orqanizmin xəstəliklərdən qorunma qabiliyyətinin formalaşması üçün mütləq yay mövsümündə dəniz havası, günəş vannası qəbul edilməlidir. Hazırkı pandemiya şəraitində bu, həlli çətin məsələdir. SMS icazə ilə küçəyə çıxmaq qaydası qüvvədə qaldıqca da, çətin olacaq. Amma imkansız da deyil. Hüquq müdafiəçisi Murad Sadəddinov şəxsi feysbuk səhifəsində əhalinin çimərliklərdən istifadəsinə şərait yaradılması üçün konkret təkliflə çıxış edib. Hüquq müdafiəçisi qeyd edir ki, bu məsələnin həlli “ASAN Xidmət”ə tapşırılmalıdır:
“Çimərliklərin vətəndaşlar tərəfindən təhlükəsiz ziyarəti üçün mexanizm işlənməlidir. İnsanlara günəş vannası lazımdır ki, D vitamini sayəsində immunitet təbii yolla artsın. Yoxsa bu qış ODS xəstəlikləri arta bilər, COVID-19 təkrarlanan dalğaları ilə də qarşılaşa bilərik. Bu vəzifənin icrasının aşağıdakı versiyasını təklif edirik: "DƏNİZ" xüsusi portalı yaratmaq üçün ASAN Xidmətin təlimatlandırılması.
Bütün özəl və ictimai çimərliklər administrasiyası tərəfindən qəbul edə biləcəkləri müştəri sayını “ASAN”a təqdim etsin, əlbəttə ki, sosial məsafəni gözləmək şərtilə. Çimərlikləri ziyarət etmək istəyən vətəndaşlar bu portalla əlaqə saxlamalı və qeydiyyatdan keçməli, ziyarətçi sayını bildirməlidirlər.
Portal növbəlilik prinsipini gözləyərək ziyarətə icazə verməlidir. Çimərliklərin ziyarət edilməsi şərtlərindən biri ictimai nəqliyyatın istifadəsinə qadağa qoyulması ola bilər. Mövcud avtobus marşrutlarının həddindən artıq yüklənməsinin qarşısını almaq üçün. Onsuz da ictimai nəqliyyat yüklənib. Çimərliyə şəxsi nəqliyyat vasitəsi və ya taksi ilə getməyə icazə verilsin”. M.Sadəddinov qeyd edir ki, Asan Xidmət onlayn növbə sistemini hazırda çox yaxşı tətbiq edir. “Dəniz” portalını da uğurlu idarə edə bilər.
Hüquq müdafiəçisinin fikrincə, elmi tədqiqatların son nəticələrinə görə, açıq havada, o cümlədən çimərliklərdə, günəş şüası altında yoluxma riski minimaldır. Əhalinin psixoloji vəziyyəti, həmçinin avqust ayı və sentyabrın ilk yarısı havaların isti keçəcəyini nəzərə alıb əhalinin immun sistemini möhkəmləndirməsinə şərait yaradılmalıdır. “İnanırıq ki, belə bir qərar koteclərdə istirahət edə bilməyən və ya şəhərdən çıxa bilməyən insanlara lazımi dəstək olacaq.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında çimərliklərin əsas yoluxma mənbələrindən biri kimi təsdiqləndiyini dedi:
- Xarici ölkələrin praktikası göstərir ki, çimərliklərdə sosial məsafə saxlamaq və karantin rejiminin digər tələblərini yerinə yetirmək alınmır. Fransa, İspaniya, Böyük Britaniyada bütün ciddi tənzimləmələr faydasız oldu və məhz çimərliklər indi əsas yoluxma mənbəyi kimi qeyd olunur.
S.Məmmədov qeyd etdi ki, əhalinin çimərlik istəyi, dənizə, günəşə, sahil qumuna can atması təbii və anlaşılandır, lakin vətəndaşlarımız virus təhlükəsinin hələ çox böyük olduğunu anlamalıdırlar:
- Hamı istəyir dənizə getsin, günəş vannası qəbul etsin, dəniz havası alsın. Amma təhlükə daha böyükdür, yoluxma riski yüksəkdir. Əhali real vəziyyəti olduğu kimi dərk etməlidir. Qışa orqanizmi möhkəmləndirmək istəyərkən, əksinə, virusa yoluxmasınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
17:45 08.06.2026
Gündəm
Yaxın Şərqdə həlledici toqquşma hələ qarşıdadır - TƏHLİL
17:22 08.06.2026
Gündəm