Heç vaxt gec deyil
Yusif Nəzərli
20:22 12.10.2022
Cəmiyyət
406
Bakılılar tramvaylara qayıtmağı arzulayır
Ekspertlər isə hesab edir ki, bu infrastrukturun yaradılması üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur
Media Təhlil Mərkəzi vətəndaşların ictimai nəqliyyatla bağlı fikirlərini öyrənib.
MTM-nin sorğusunda iştirak edən respondentlərin 86 faizi ictimai nəqliyyatdan mütəmadi, 12,1 faizi nadir hallarda istifadə edir. İştirakçıların 1,9 faizi ictimai nəqliyyatdan istifadə etmədiyini deyib. Nəticələr göstərir ki, respondentlərin 62,1 faizi avtobusdan, 26,8 faizi metrodan, 8,7 faizi taksidən, 2,4 faizi sürət qatarından daha çox istifadə edir. Sorğu iştirakçılarının 52,6 faizi ölkəmizdə tramvayın, 34,6 faizi metrobusun, 12,8 faizi trolleybusun fəaliyyət göstərməsini istəyir.
Xatırladaq ki, bir neçə il əvvəl tramvayların Bakıya qayıtması ilə bağlı layihələrin icrası aktual idi. Hətta Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyirdi.
Sorğu iştirakçılarının fikirlərini dəstəkləyən ekspertlər də hesab edir ki, Bakı şəhərində tıxacları aradan qaldırmaq üçün ən alternativ yol paytaxtda tramvay və trolleybus xətlərinin çəkilməsidir.
“Nəqliyyat təhlükəsizliyi” Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə deyib ki, əgər ekoloji cəhətdən sərfəli olan əvvəlki nəqliyyat vasitələrinin sistemi dağıdılmasa idi, hazırda ciddi üstünlüyümüz olardı: “Hazırda tramvay və trolleybusların fəaliyyət strukturunun yaradılması üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. İndiki iqtisadi şəraitdə də bu işə başlamaq gecikmiş qərar ola bilər. Tramvay xətlərinin bərpa olunması ciddi maliyyə tələb edir. Əvvəldən bu xətlər saxlansaydı, indi istifadə etmək üçün köhnə infrastrukturun üzərində yeniləmələr edə bilərdik. Yenidən tramvay xətlərinin qurulması asfalt örtüyünün zədələnməsinə, prospektlərin ortasında qurulan lazımsız vasitələrin, işıq dirəklərinin sökülməsinə səbəb olacaq. Bu infrastrukturun qurulması bəlkə də illər aparacaq prosesdir. Əslində bu problem şəhərsalmanın ilk dövrlərində həll edilməli idi. İndi tramvay reyslərinin inşa edilməsi üçün avtomobil yolları dağıdılmalıdır. Düzdür, onlar ictimai nəqliyyatda tıxac probleminin həlli baxımından əhəmiyyətli nəqliyyat növləridir. Lakin bu gün tramvay və trolleybusların işə salınması sərfəli deyil. Tıxac problemini həll etmək üçün bu gün Türkiyədə tətbiq edilən metrobusların fəaliyyətə başlamasına nail ola bilərik. Hansı ki, bu, bir qədər az vəsait tələb edən işdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə