
Həkimdən sürücülərə xəbərdarlıq: Mütləq adi, saf su ehtiyatı götürün!
Həkimdən sürücülərə xəbərdarlıq: Mütləq adi, saf su ehtiyatı götürün!
Yusif Nəzərli
12:20 11.08.2024
Cəmiyyət
471
İsti havalar həqiqətən də yol-nəqliyyat qəzalarının baş verməsində tutarlı səbəblərdən biridir
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə xəbərdarlıq edib. Budəfəki xəbərdarlıq isti havalarda avtomobil idarə etməyin təhlükəli ola biləcəyi haqqındadır. Xəbərdarlıqda qeyd edilir ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhvali-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq büruzə verir:
"Səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir. Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir". Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək, onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırıb.
BDYP-nin xəbərdarlığını “Sherg.az”a şərh edən terapevt, təcili tibbi yardım həkimi Şahvələd Məmmədov isti havaların həqiqətən də yol-nəqliyyat qəzalarının baş verməsində tutarlı səbəblərdən biri olduğunu bildirdi:

- Hesab edirəm ki, bu xəbərdarlıq zəruridir. Ümumiyyətlə, BDYP hava şəraiti ilə bağlı sürücülərə daim xəbərdarlıqlar edir. Yağışlı, dumanlı, qarlı hava avtomobil idarə olunmasında nə dərəcədə təhlükəlidirsə, isti hava da bir o qədər təhlükəlidir, hətta daha çox təhlükəlidir. İsti havada orqanizmdə gözlənilməz, qəfil proseslər baş verə bilir. Arterial təzyiqin qalxması və ya kəskin enməsi, ürək-damar sistemində problemlər yaranır, ürək tutması, damar sıxılması baş verə bilər, infarkt, insult riski artır. Kəskin istilər təkcə xroniki xəstəlikləri olanlar üçün deyil, hər kəs üçün təhlükəlidir. İsti hava yorucudur, yollarda uzun müddət avtomobil idarə edənlərin istinin təsiri ilə əhvalı dəyişə bilər, halsızlaşar, görmə qabiliyyəti zəifləyər, təngnəfəs olar, idarəetməni itirər, bu da faciələrə, ağır qəzalara səbəb olar. Uzaq məsafələrə gedənlər xüsusilə ehtiyatlı olmalıdırlar. Uzaq məsafələr daha da yorucu olur və orqanizm yorulur, gücdən düşür. Ona görə də sürücülər ehtiyatlı olmalı, səhhətlərində hər hansı problem varsa, həkimə müraciət etməli, müalicə qəbul etməlidirlər. Müxtəlif ağrıkəsicilər müvəqqəti xarakterlidir. Onlara güvənib həyatlarını təhlükəyə atmasınlar. Yaxşı olar ki, hər bir sürücü avtomobildə tibbi çanta saxlasın. Və mütləq adi, saf su ehtiyatı görsün. Yolda bunlar sürücülərə çox gərəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya