Hərə öz evini, səngərini qorumalıdır
Banuçiçək Kalbalıyeva
09:14 17.04.2021
Cəmiyyət
684
Elxan Şükürlü internet televiziyalarını “topa tutdu”
“İnternet televiziyası” adı altında fəaliyyət göstərən siyasi ağırlıqlı media resurslarımızın cəmiyyət üçün potensial təhlükə mənbəyi yaradan ciddi bir problemi var: ya məsuliyyətsizlikdən, ya işçi qıtlığından, ya da bilərəkdən səhifələrini, efirlərini nəzarətsiz buraxırlar”! Bu sözləri “Ədalət” Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.
E.Şükürlü sözügedən tendensiyanın fəsadları barədə “Şərq”ə danışdı: “Bu nəzarətsizlik də ona gətirib çıxarır ki, bir tərəfdən, tərbiyə və əxlaqdan yoxsul, namussuz və ləyaqətsiz, mahiyyət və genetik baxımdan alçaq kəslər, o biri tərəfdən də cəmiyyətə kin və nifrət toxumu səpmək, ölkədə qarşıdurma yaradıb onu dərinləşdirmək, xalqın yüzilliklər boyu daşıdığı adət-ənənələri, milli-mənəvi dəyərləri alt-üst etmək istəyən şəbəkələşmiş maraqlı siyasi qruplar çox rahatlıqla istədiklərinə nail olurlar.
Təsəvvür edin: xeyli sayda siyasətçi, alim, ekspert var ki, məhz bu internet televiziyalarındakı çıxışları zamanı rəy və şərh bölümlərində məruz qaldıqları təhqir və təzyiq ucbatından ya növbəti dəfə efirlərə çıxmaqdan imtina edir, ya da mövqelərini dəyişməyə - həmin qrupların yönləndirdiyi istiqamətdə və tezislərlə çıxış etməyə vadar edilirlər. Nəticədə bir tərəfdən, siyasi meydan boş qalır və illər uzunu bəlli şəbəkənin burada süni şəkildə üfürüb şişirdiyi dələduz “avtoritet”lər rahatca meydan sulamaqda davam edir, o biri tərəfdən cəmiyyətə fayda verə biləcək adamlar, yeni simalar öz başları, öz düşüncələriylə deyil, onlara təzyiq göstərənlərin hərəkətinə məcbur qalırlar”.
E.Şükürlünün fikrincə, söz azadlığından sui-istifadə etmək yolverilməzdir:
“Məncə, milli maraqlarımızı düşünən internet televiziya rəhbərləri bu problem ətrafında ciddi bir müzakirə təşkil etməli və ortaq çıxış yolu tapmalıdırlar. Nəzərə almalıdırlar ki, idarə etdikləri o televiziyalar həm də onların evi, otağı, mərhəmidir – istənilən bir əxlaqsızın, namussuzun onların evlərinə belə rahatlıqca dürtülüb istədikləri kimi davranmalarına və öz pozğun həyat tərzinin ümumun həyat normasına çevrilməsinə yol verməməlidirlər! Yox, kimsə yenə “söz azadlığıdır” deyərək, o namussuzlarla və cinayətkar şəbəkəylə eyni düşüncəni və əxlaqı paylaşacaqsa, onlara haqq qazandıracaqsa, o halda sonradan baş verə biləcək ağır nəticələri qarşılamağa da indidən hazır olmalıdır! Hərə öz evini, öz səngərini qorusun ki, bütövlükdə ölkəni qoruya bilək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media