“İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” — Deputat
12:05 16.12.2019
Cəmiyyət
480
2020-ci ildən respublika üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın həyata keçirilməsilə bağlı vacib məqamlardan biri də vətəndaşların yaşadığı yer üzrə qeydiyyatının aparılmasıdır. Azərbaycanda isə uzun illərdir sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi həll edilmədən qalır. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın əlçatmaz arzusuna çevirilib. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.
Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb. Bir müddət əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığı və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcəyi bildirilsə də, bununla bağlı da rəsmi məlumatlar yoxdur.
Bu barədə Modern.az-a danışan V çağırış Milli Məclisinin deputatı Vahid Əhmədov bildirib ki, problem illərdir həllini gözləyir:
“Bu mövzu ilə bağlı dəfələrlə cənab Prezident də öz göstərişlərini verib, fikirlərini səsləndirib, Bakı Şəhər İcra Hakimiyyəti müvafiq addımlar atıb, amma məsələ həll edilmədən qalır. Yanvarın 1-dən 4 mərhələ üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılır. İcbari tibbi sığorta tətbiq edilənədək ümumiyyətlə sənədsiz evlər məsələsi həll olunmalıdır. Yanvarın 1-nə isə təxminən 15 gün qalır. Bu məsələ çoxdan həll edilməli idi, artıq çox gecikirik. O vaxt Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb, amma hələ də bir nəticə hasil olmayıb”.
V.Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi zamanı müəyyən problemlərin ortaya çıxması gözləniləndir:
“İcbari tibbi sığorta təcrübəsi Azərbaycanda ilk dəfə tətbiq ediləcək. Bu baxımdan qanun tam tətbiq edilənədək müəyyən suallar, problemlər meydana çıxa bilər. Amma evlərin sənədsiz olması buna əsas olmamalıdır”.
O, qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi üçün vətəndaşların dəqiq ünvanını göstərən sənəd olmalıdır:
“İstənilən halda problem öz həllini tapmalıdır. Çünki sizin də dediyiniz kimi, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi üçün insanların ünvanları dəqiq göstərilməlidir. Ona görə də aidiyyatı qurumlar icbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsini həll etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya