İlginc TƏKLİF: “Korrupsioner məmurların başına tac qoyulsun”
Banuçiçək Kalbalıyeva
09:42 11.02.2021
Cəmiyyət
696
“Əvəzində isə onlar oğurladıqları pulları Azərbaycanın iqtisadiyyatına sərf etsinlər”
“Otel də, məktəb də, universitet də…ölkəmizdə açılsın. Yeni iş yerləri olsun”
“Belə olsa, nə hakimiyyət narazı qalır, nə oğru məmur. Həm də həbslər, ailə məşəqqətləri olmaz”
Sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb. Hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur “Ekselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur. Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda isə məlumat yoxdur. Hər halda onun vəzifə cinayət törətdiyi və indi peşman olduğu aydındır. Digər korrupsionerlər kimi, Fazil Məmmmədovun da, bəsirət gözü açılıb. Lakin çox gec. Deməli, digərləritək o da cəzalanmalıdır. Bəs olmazmı sabiq nazirin mülkləri müsadirə olunsun? Yəni illərlə vəzifəsindən sui-istifadə edən məmurun indi belə rahatlıqla canını qurtarmasına imkan verilməlidir?!
Millət vəkili Razi Nurullayev bu barədə fikirlərini “Sherg.az”la bölüşüb. O, daha yaxşı yolun olduğu qənaətindədir:
“Əvvəllər düşünürdüm ki, vəzifəsindən sui-istifadə edənlərin vəsaiti əllərindən alınmalıdır. Lakin indi gecdir. 2000-ci illərin əvvəllərində olsa idi, bəli, məqsədəuyğun olardı. İndi isə talanan talanıb, oğurlanan oğurlanıb. Onların hamısını hesablamaq mümkün deyil. Belə olsa, gərək bütün məmurlar həbs edilsin. Odur ki, maliyyə amnistiyası tətbiq olunmalı və oğurlananların, heç olmasa, 30-40 faizi müsadirə olunmalıdır. Onsuz da korrupsioner məmurların pulu qurtaran deyil”.
R.Nurullayev, həmçinin maraqlı təkliflə çıxış etdi:
“Dediyim kimi, maliyyə amnistiyasının təbiqini məqsədəuyğun hesab edirəm. İkinci bir tərəfdən isə görülən işlər nəticə verməlidir. Ancaq belədə insanlar islahatlara inanarlar.
Elə şərait yaradılmalıdır ki, korrupsioner məmurlar pullarını üzə çıxarmaqdan qorxmasınlar. Heç kim onlara heç nə deməz. Hətta status verilsin, başlarına tac qoyulsun. Amma əvəzində onlar həmin pulları xaricdə ev almağa, otel tikməyə yox., Azərbaycanın iqtisadiyyatına sərf etsinlər.
Otel də, məktəb də, universitet də…ölkəmizdə açılsın. Yeni iş yerləri olsun. Belə olsa, nə hakimiyyət narazı qalır, nə oğru məmur. Həm də həbslər, ailə məşəqqətləri olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya