İlin sonuna qədər azad olunmuş ərazilərdə 5500 nəfər əhali məskunlaşacaq
11:29 24.11.2023
Cəmiyyət
648
"2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin bu ərazilərə qayıtması nəzərdə tutulur".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, 100 yaşayış məntəqəsinin əhəmiyyətli hissəsinin 68 ədədi Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir: “Bu gün çox əlamətdar gündür. Bu gün Soltanlı kəndinin, o cümlədən işğaldan azad olunmuş ərazilərdə növbəti yaşayış məntəqəsinin təməli qoyuldu. Bu Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində aparılan çox geniş miqyaslı işlərin bir hissəsidir. Daha bir uğurumuzdur. Bilirsiniz ki, bu proqram çərçivəsində 2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin bu ərazilərə qayıtması nəzərdə tutulur. Həm Qarabağ İqtisadi regionuna, həm Şərqi Zəngəzur iqtisadi rayonuna, 100 yaşayış məntəqəsinin əhəmiyyətli hissəsinin 68-i Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir. Bütün rayonların ərazisində genişmiqyaslı tikinti işləri gedir”.
Bütün şəhərlərin baş planları üzərində işlərin başa çatdığını bildirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilin sonuna qədər 5000-dən artıq, təxminən 5500 nəfərin müxtəlif yaşayış məntəqələrində məskunlaşacağını da əlavə edib: “Bütün şəhərlərin baş planları üzərində iş başa çatıb. Şəhərlərdə genişmiqyaslı tikinti gedir. Bildiyiniz kimi Füzuliyə, Laçın kimi bəzi şəhərlərimizə artıq əhali köçüb və məskunlaşıb. Digər yaşayış məntəqəsinə yenə də əhali köçüb. Bu hər gün davam edən prosesdir. Bu gün Füzuliyə daha bir qrup əhali köçürülüb”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri əlavə edib ki, Soltanlı kəndi Cəbrayıl rayonunu ərazisində artıq 5-ci yaşayış məntəqəsidir.
Anar Quliyev bu kənddə 6 mindən çox əhalinin yaşaması üçün şəraitin yaradılacağını da vurğulayıb.
“Soltanlı kəndi Cəbrayıl rayonu ərazisində artıq 5-ci yaşayış məntəqəsidir ki, bərpasına başlanılıb. Şəhərdən sonra 3 kənddə də buna qədər işlər başlanılmışdır. Bu gündən etibarən Soltanlı bərpa olunacaq. Soltanlının xüsusi yeri var. Çox strateji mövqeyə malik böyük kənddir. Əsas nəqliyyat dəhlizi, loqistik mərkəz, o cümlədən nəqliyyat yolu rolunu oynayacaq. Çox əhəmiyyətli azad iqtisadi zonanın yaxınlığında yerləşən yaşayış məntəqəsidir. Bu da təbii ki, kəndin planlaşdırılmasını şərtləndirən amillərdən biridir. Eyni zamanda kəndin əvvəllər işğaldan əvvəl mövcud olmuş nəqliyyat, yol-küçə şəbəkəsi əsas götürülüb. Təbii landşaft əsas götürülüb. İnşallah bu kənddə 6 mindən çox əhalinin yaşaması üçün şəraitə malik olacaq. Burda həm fərdi evlər, hansılar ki, çoxluq təşkil edəcək, nəzərdə tutulub”.
Soltanlı kəndində aparılacaq işlər barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri onu da əlavə edib ki, kənddə mənzillərin həm fərdi, həm də çoxmənzilli şəklində inşa olunması nəzərdə tutulub: “Amma eyni zamanda çoxmənzilli binalar 4-5 mərtəbəli binalar inşa olunacaq. Ətrafda artıq qeyd etdiyim böyük sayda iş yerləri ilə yanaşı kəndin özündə də kənd təsərrüfatı məhsullarının emalı, müvafiq anbarlar və bir sıra sosial obyektlər həmin sakinlər üçün iş yerləri deməkdir. Kəndin öz xəstəxanası, məktəbi, inzibati binası və digər sosial müəssisələr, idman kompleksi və digər yaşayış üçün zəruri olan infrastruktur yaradılacaq, ən yüksək səviyyədə”.
Komitə sədri həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin planlaşdırılması işi hazırda da davam etdirilir: “Qeyd olunan 100 yaşayış məntəqəsinin təxminən 80 faizinin baş planları artıq bu il bitəcək. Növbəti ildən qalan hissəsinin də icrası həyata keçiriləcək. 2026-cı ildən bu proqramla bu günə nəzərdə tutulan yaşayış məntəqələrinin hamısı addım-addım layihələndiriləcək və öz sakinlərini qəbul edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya