İlqar Hüseynli: “Güzəştlər retro yox, hibrid və elektromobillərə şamil olunmalı idi”

Retro avtomobillərinin idxalına gömrük rüsumları, eləcə də ƏDV-nin ləğvi, hibrid və elektromobil avtomobillərə münasibətdə tətbiq edilsəydi daha yaxşı olardı.

Bu fkirləri “Sherg.az”a açıqlamasında sosial məsələlər üzrə mütəxəssis İlqar Hüseynli bildirib.

İ.Hüseynli xatırladıb ki, Milli Məclisdə Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanuna edilən dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin (retro avtomobillər – M.R.) idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur: 

- Hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.Yəni nadir avtomobil kolleksiyası azarkeşləri üçün xüsusi güzəștlərə imkan yaradılır. Daha çox ekoloji faydalı olan və bəzi əhali qrupu üçün əlçatan olan hibrid və elektromobillərə tətbiq edilən bütün güzəștlər 26-cı ilin 1 yanvar tarixindən ləğv edilib. Halbuki hibrid və elektromobillərin ölkəyə daha çox idxalı və istifadəsi həm ekologiyanın qorunmasına, havaya atılan karbon emissiyalarının faizinin azamasına səbəb olar, həm də orta təbəqə bu avtomobilləri güzəştli şərtlərlə əldə edə bilərdi. Lakin inmdiki halda sosial disbalans yaranmış olur.